SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti: “İran rejimi Əsədin mənafeyini öz xalqından üstün tutur”

2021.10.20, 07:36
Amerika Dövlət Departamenti: “İran rejimi Əsədin mənafeyini öz xalqından üstün tutur”

Gunaz.tv

GünAz TV: Fevralın 6-da Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti İranda müəllimlərin keçirdiyi oturaq aksiyaya münasibət bildirib.

 

Bununla bağlı Departamentin farsdilli “Twitter” səhifəsində bildirilir: “İran rejimi Bəşər Əsədin mənafeyini İran xalqından üstün tutan rejimdir. Dünya İran müəllimlərinin səsini eşidir, lakin İran rəsmiləri Əsədi, Hizbullahı, Həmas və husiləri öz xalqından üstün tuturlar.”

 

Dövlət Departamentinin bəyanatında həmçinin bildirilir ki, bu rejim hər il regionda macəra axtarışı üçün xərclədiyi milyardlarla pulu öz xalqının rifahına sərf edə bilər.

 

Xatırladaq ki, İranda bir qrup müəllim fevralın 3-dən oturaq etiraz aksiyası keçirirlər. Onlar həbs edilmiş müəllimlərin azad edilməsi, işləyən və təqaüddə olan müəllimlərin ailə- məişət vəziyyətinin yaxşılaşdırılması, pulsuz ibtidai təhsil verilməsi, tibbi sığorta şərtlərinin əlverişli edilməsi və müəllimlər arasında ayrı-seçkiliyin aradan qaldırılması kimi tələblər irəli sürürlər.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar