SON XƏBƏRLƏR

Amerika dövlət katibinin Nizami Gəncəvini fars şairi adlandırması etirazlara səbəb olub

2021.10.20, 07:36
Amerika dövlət katibinin Nizami Gəncəvini fars şairi adlandırması etirazlara səbəb olub

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Maykl Pompeonun “Çillə gecəsi” təbriki mesajında Azərbaycanın dünyaşöhrətli dahi klassik şairi Nizami Gəncəvini fars şairi adlandırması Güney və Quzey Azərbaycanda kəskin etirazlara səbəb olub.

 

Maykl Pompeo təbrik müsajında dahi şairin farsca bir şeirini də qeyd edib. “İran əhalisi ilin ən uzun gecəsi və nurun qaranlığa qələbəsini qeyd etdiyi bir vaxtda onlara azadlıq və xoşbəxtlik arzulayıram. Fars şairi Nizami demişkən: “Ümidsizlikdə böyük ümid var, qara gecənin sonunda işıq var”. Çillə gecəniz mübarək olsun”- deyə o Twitter səhifəsində yazıb.

 

Böyük ehtimalla bu təhrifdə dövlət katibinin farsyönümlü müşavirlərinin rolu olub. Ona görə ki, Nizami Gəncəvi bütün dünyada türk şairi kimi danınır, bu reallıqda da belədir.

 

Amerika dövlət katibinin bu “tviti” sosial şəbəkələrin Azərbaycan seqmentində böyük rezonans doğurub. Sosial şəbəkə istifadəçiləri Nizami Gəncəvinin azərbaycanlı olmasına dair arqumentlər gətirərək, Pompeonu sərt tənqid atəşinə tutublar. Quzey Azərbaycan mətbuatında isə məsələyə bir çox tanınmış ziyalı münasibət bildirib. Onlar müxtəlif tarixi sənədlərə istinad edərək böyük şairin Azərbaycana məxsus olduğunu vurğulayıblar.

 

Nizami Gəncəvi zamanın şəraitinə uyğun olaraq fars dilində yazsa da o türk olduğunu bir neçə yerdə vurğulayıb və əsərlərində türk dilindəki məfhumlar və atalar sözlərindən istifadə edib.

 

Azərbaycanın Gəncə şəhərində doğulub və bütün ömrünü doğma vətənində yaşayan Nizami Gəncəvi İran mənbələrində fars şairi kimi təqdim olunur. Bəzi xaricilər həmin mənbələrə əsasən onu fars şairi kimi tanıyır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar