SON XƏBƏRLƏR

Amerika əhaliyə 6 trilyon dollar həcmində yardım edəcək

2021.10.20, 07:36
Amerika əhaliyə 6 trilyon dollar həcmində yardım edəcək

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) koronavirus pandemiyası ilə əlaqədar maliyyə yardımının ümumi məbləği təqribən 6 trilyon ABŞ dolları təşkil edəcək.

 

"Report" “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlou deyib.

 

“Yardım paketinin ümumi həcmi altı trilyon ABŞ dollarıdır: iki trilyon ABŞ dolları- birbaşa yardım, təxminən dörd trilyon ABŞ dolları - federal ehtiyatdan verilən kreditlərdir (ABŞ Federal Ehtiyatlar Sistemi - red.). 

 

Bu, ABŞ tarixində amerikalılara - işsizlərə, ailələrə, fərdi sahibkarlara nağd və kredit şəklində veriləcək ən böyük maliyyə yardımı paketi olacaq. Çətin bir dövr olacaq, ancaq bu həftələr olacaq. İllərlə olmamalıdır”-deyə, o bildirib. 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar