Amerika "ETTELAAT"la əlaqəli 45 İran vətəndaşı və 3 şirkətə sanksiya tətbiq edib

2020-09-18 14:02

Amerika Birləşmiş Ştatları İranın Milli Təhlükəsizlik Nazirliyi ("ETTELAAT") ilə əlaqəli 45 İran vətəndaşı 3 şirkətə sanksiya (təhrim) tətbiq edib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Amerikanın Maliyyə Nazirliyinin yaydığı bəyanatda məlumat verilir. Siyahıda "ETTELAAT"dan başqa, Livanın "Hizbullah" terror təşkilatı ilə əlaqəli şəxs və şirkətlərə də sanksiya tətbiq edilib. 


Bəyanatda bildirilir ki, ümumilikdə əsasən kiber hücum sahəsində fəaliyyət göstərən 45 İran vətəndaşı, 1 İran və 2 Livan şirkəti sanksiyalara məruz qalıb. 


Siyahıda Hizbullahla əlaqəli 1 kiber qrup və 1 Livan vətəndaşının adı da gözə dəyir. 


Bəyanata əsasən, "ETTELAAT" Nazirliyinə bağlı "Davamlı Mütərəqqi Təhdid 39" kiber qrupu, "RANA İntelektual Hesablama Şirkəti" və onun Livandakı müşavirə şirkəti qara siyahıya salınan müəssisələrdir. 


Belə ki, İran rejimi uzun illər ərzində "RANA" şirkətinə kiber mütəxəssislər cəlb edərək, onlar vasitəsilə beynəlxalq şirkətlər, İslam Cumhuriyyəti rejiminin müxalifləri və jurnalistlərə qarşı öz çirkin planlarını həyata keçirib. 


Məsələyə münasibət bildirən ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin qeyd edib ki, İran rejimi "ETTELAAT" Nazirliyindən sivil şirkətlər və günahsız insanları hədəfə almaq, eləcə də dünyada təxribatçı məqsədlərini həyata keçirmək üçün vasitə kimi istifadə edir. 


O, ABŞ-ın təhlükəsizliyə qarşı yönələn və beynəlxalq turizmə zərbə vurmağı hədəfləyən kiber hücumlarla mübarizə aparmaqda qətiyyətli olduğunu vurğulayıb. 


Maliyyə Nazirliyinin bəyanatında, həmçinin bildirilir ki, "Davamlı Mütərəqqi Təhdid 39" hər zaman 2012-ci ildə də terrorçuluq və insan haqlarını pozmağa istiqamətlənmiş fəaliyyətlərinə görə sanksiyalar tətbiq edilmiş "RANA" şirkətinin balansında olub və ya onun tərəfindən idarə edilib.


Nazirlik "RANA" şirkətində proqramçı, haker və rəhbər vəzifələrdə işləyən həmin 45 iranlının da adlarını yayaraq, uzun müddətli araşdırmalardan sonra onların kimliyini aşkar edə bildiyini qeyd edib. 


"Sanksiyalar tətbiq edilmiş həmin şəxslər RANA şirkəti və ETTELAAT Nazirliyinə ticari şirkətlər, habelə aviasiya şirkətləri və təşkilatlarına qarşı kiber hücum təşkil etməyə kömək ediblər", - deyə bəyanatda vurğulanır. 


Bundan savayı, bəyanatda qeyd edilir ki, "RANA" şirkəti dünyanın hər yerində İran vətəndaşlarının, xüsusən də müxaliflərin, jurnalistlərin, sabiq dövlət rəsmilərinin, ekoaktivistlərin, siyasi qaçqın statusu almış şəxslərin, tələbələrin və özəl təşkilatın əməkdaşlarının incidilməsi, təqib edilməsi və nəzarətdə saxlanmasında rejimə böyük xidmətlər göstərib. Yuxarıda sadalanan kateqoriyadan olan şəxslərin çoxu sonradan rejim tərəfindən tutularaq, ağır fiziki və psixoloji təzyiqlərə məruz qalıb.


Yuxarıda adı çəkilən kiber qrup isə İranın akademik qurumlar, özəl şirkətlər, eləcə də beynəlxalq fars dili və mədəniyyət mərkəzlərinə qarşı kiber fəaliyyət həyata keçirib. 


Bəyanatın sonunda qeyd edilir ki, Maliyyə Nazirliyi və ABŞ-ın Federal Polisi (FBİ) "RANA"nın Yaxın Şərq və Afrikada azı 15 ölkədə kiber hücum həyata keçirdiyini təxmin edir. 


Ə.A


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranlı general: “İran sərhədləri yaxınlığında təkfirçi ünsürlərlə kəskin davranacağıq”

2020-10-28

gun az article

İranda son sutkada daha 415 nəfər koronavirusdan ölüb (Rəsmi statistika)

2020-10-28

gun az article

İran parlamentinin sədri koronavirusa yoluxub

2020-10-28

gun az article

MN: Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub

2020-10-28

gun az article

MN: Düşmənin hərbi müqaviləliləri və polis əməkdaşları cəbhəyə getməkdən boyun qaçırır

2020-10-28

gun az article

Ötən gün ərzində Ordumuz tərəfindən məhv edilən düşmən texnikaları açıqlanıb

2020-10-28

gun az article

MN cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-28

gun az article

Amerika Prezidenti Donald Tramp xanımı Melana ilə bərabər təyyarəyə oturarkən jurnalist ona belə sual verib.Azərbaycan və Ermənistan atəşkəsi pozub,məyus olmusuz?

2020-10-27

gun az article

GünazTV Oct.27.2020 : Amerika Birləşmiş Ştatlarındakı erməni lobbisinin başında dayanan ANKA yəni Amerikanın Erməni Milli Komitəsi bu ölkədə ən ağır günlərini yaşayır.

2020-10-27

gun az article

İranda koronavirusdan ölənlərin sayı 33 000 nəfəri keçib (Rəsmi statistika)

2020-10-27

gun az article

Amerika İranın neft nazirinə və daha bir neçə İran rəsmisinə qarşı sanksiya qoyub

2020-10-27

gun az article

İranın Yəzd əyalətində 5.2 bal gücündə zəlzələ baş verib

2020-10-27

gun az article

“Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan

2020-10-27

gun az article

Ermənistan ordusunun xeyli sayda hərbi texnikaları sıradan çıxarılıb - RƏSMİ

2020-10-27

gun az article

Müdafiə Nazirliyi cəbhədə son vəziyyəti açıqlayıb

2020-10-27

gun az article

GünazTV Oct.26.2020 : “Azərbaycanla Ermənistan yenidən humanitar atəşkəsə razılaşdı. Bu dəfə ara düzəldən Vaşinqton oldu!”

2020-10-26

gun az article

“İstifadə etsə, “valyutası” da kəllə-mayallaq gedəcək”

2020-10-26

gun az article

Bu kəndlər də işğaldan azad edildi!

2020-10-26

gun az article

Azərbaycan Prezidenti: "Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun"

2020-10-26

gun az article

Prezident İlham Əliyev: "Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük"

2020-10-26