SON XƏBƏRLƏR

Amerika federal məhkəməsi amerikalıların İrana qarşı irəli sürdüyü kompensasiya tələbinə baxacaq

2021.10.20, 07:36
Amerika federal məhkəməsi amerikalıların İrana qarşı irəli sürdüyü kompensasiya tələbinə baxacaq

Gunaz.tv

GünAz TV: Vaşinqton şəhərinin federal məhkəməsi bu gün İraqda həlak olmuş və yaralanmış 150 amerikalı hərbçinin ailəsinin İrana qarşı irəli sürdüyü kompensasiya tələbinə baxacaq. Bu ailələr İranı öz yaxınlarının İraqda hücuma məruz qalmasında ittiham edirlər.

 

Hərbçilərin yaxınları bildirirlər ki, İran rejimi İraqda şiə yaraqlılarına hərbi təlimlər vermək və onları partlayıcı maddələrlə təmin etməklə yüzlərlə amerikalının ölməsi və yaralanmasına səbəb olub. 2004-2011-ci illər arasında İraqda öldürülmüş və ya yaralanmış hərbçi və sivillərin ailələri rəsmi Tehrandan əsgərlərə qarşı törədilmiş bu hücumlara görə kompensasiya tələb edirlər.

 

İddia ərizəsində qeyd olunur ki, İran İslam İnqilabı Keçikçiləri Kospusunun (Sepah-red) Qüds briqadası “Kətaibu Hizbullah”, “Əsaibu əhlil həqq” və “Vəd edilmiş günün briqadası” kimi yaraqlılara təlim verməklə qeyd edilən zaman dilimində amerikalı hərbçilər və sivillərin öldürülməsində iştirak etmişdir. Eləcə də, iranlı rəsmilər bu yaraqlılara hərbi təlimlər keçməklə kifayətlənməmiş, bəzi Avropa banklarının vasitəsi ilə pulyuma əməliyyatları həyata keçirərək, yaraqlıların bomba hazırlamaq üçün lazım olan partlayıcı vasitələri əldə etmələri üçün onları maddi vəsaitlə təmin etmişlər.

 

Bu ailələrin iddiası Amerika Birləşmiş Ştatlarının xarici ölkələrin terror aktları törətdiyi halda hüquqi toxunulmazlıqlarını itirəcəkləri ilə bağlı qanunu çərçivəsində irəli sürülmüşdür.

 

Qeyd edək ki, bu qanuna əsasən, işgəncəyə məruz qalmış və ya girov götürülmüş şəxs özü və ya terror aktının qurbanı olmuş şəxslərin ailələri bu terror aktına dəstək göstərən ölkəyə qarşı ABŞ məhkəmələrinə iddia və kompensasiya tələbləri ilə müraciət edə bilərlər. Amerika Birləşmiş Ştatları İranı 30 ildən artıqdır ki, terrorizmi himayə edən dövlətlər siyahısına salıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar