Amerika Fransanı kəskin tənqid edib- Sanksiyaları pozan iranlını azad etməsinə görə

23.03.2020, 14:14

GünAz TV: Amerika Birləşmiş Ştatları rəsmi Parisi İrana qarşı qəbul edilmiş sanksiyaları pozduğu üçün 1 il öncə Fransada həbs edilmiş iranlı mühəndis Cəlal Ruhullahnejadı azadlığa buraxdığına görə kəskin tənqid edib.

 

Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus məsələ ilə əlaqədar yaydığı bəyanatda qeyd edib ki, Fransa ABŞ-la məhkumların mübadiləsi sahəsində imzaladığı anlaşmaya əməl edə bilməyib və bu addımı ilə ədalətin bərqərar olmasına zərər vurub.

 

"Fransanın İran vətəndaşı Cəlal Ruhullahnejadı azad etmək istiqamətində birtərəfli olaraq qəbul etdiyi qərar böyük təəssüf doğurur", - deyə sözçü əlavə edib.

 

Morqan Ortaqus sonda bildirib ki, sözügedən şəxs İrana hərbi məqsədlər üçün istifadə edilən məhsulları ixrac etməkdə günahlandırılır. Bu əməl isə ABŞ-ın rəsmi Tehrana qarşı qəbul etdiyi sanksiyaları pozmaq anlamına gəldiyindən, cinayət hesab edilir.

 

Xatırladaq ki, keçən həftənin cümə günü İranla Fransa arasında məhkum mübadiləsi baş tutub. Razılaşmaya əsasən, İranda məhkumluq həyatı yaşayan fransalı elm adamı Rolan Marşalın azadlığa buraxılması müqabilində rəsmi Paris də Cəlal Ruhullahnejadı azad edib. Faktı təsdiqləyən Fransa Prezident Aparatı İrandan digər Fransa vətəndaşı Fəriba Adilxahı da azad etməyi istəmişdi.

 

Ə.A

 

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Məlikanda həbs edilən fəallar aclıq aksiyasına başlayıb

2022-09-27

gun az article

Ərdəbildə saxlanılan milli fəallar barədə məlumat əldə etmək olmur

2022-09-27

gun az article

Təbrizdə yazılı vərəqəlkər yayılıb

2022-09-27

gun az article

ETTELAAT Əhərdə milli fəal Saleh Molla Abbasinin evinə basqın edib

2022-09-27

gun az article

Təbrizdə etiraz aksiyası başlayıb- Güllə və partlayış səsləri eşidilir-VİDEO

2022-09-26

gun az article

Təbriz Universitetində aksiya keçirilib-VİDEO

2022-09-26

gun az article

İran millisinin rəsmi səhifəsi türk futbolçunu izləməyi dayandırıb

2022-09-26

gun az article

"Əxlaq polisi cəmiyyəti hicablı etmədi, əksinə onu iffətsiz və əqidəsiz etdi"-Millət vəkili

2022-09-26

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyalarına çağırış edilib

2022-09-26

gun az article

Rəisi Təbrizdə etirazlara qatılanları iğtişaşçı və təxribatçı adlandırıb

2022-09-26

gun az article

Bacısı etirazlarda qətlə yetirilmiş Cavad Heydərinin məzarı başında saçlarını kəsdi-VİDEO

2022-09-26

gun az article

Futbol üzrə İran millisinin üzvü Sərdar Azmun etirazlara dəstək verdi

2022-09-26

gun az article

“Azadlıq səsi”: “Güney Azərbaycan və İranda baş verən olaylar” - VİDEO

2022-09-26

gun az article

İran parlamentinin saytı hakerlər tərəfindən dağıdıldı

2022-09-26

gun az article

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya həbs edilib

2022-09-26

gun az article

İran hökuməti Qərbi Azərbaycanda silah-sursat aşkarladığını iddia edir

2022-09-25

gun az article

Ərdəbildəki aksiyada etirazçılara atəş açılıb-VİDEO

2022-09-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2022-09-25

gun az article

Ötən gecə İranın 30 əyalətinin 83 şəhərində kütləvi etiraz aksiyaları keçirilib-VİDEO

2022-09-24

gun az article

Güneyli fəal Əhməd Ronəqi həbs edilib

2022-09-24