SON XƏBƏRLƏR

Amerika hərbi texnikası Gürcüstana gətirilib

2021.10.20, 07:36
Amerika hərbi texnikası Gürcüstana gətirilib

Gunaz.tv

GünAz TV: NATO-nun Gürcüstanda keçiriləcək “Layiqli tərəfdaş 2018” çoxmillətli hərbi təlimlərində iştirak edəcək Amerika Birləşmiş Ştatlarının (ABŞ) hərbi texnikası Poti limanına gətirilib.
 
APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hərbi texnikaya “Stryker”, “Bradley” hərbi maşınları, M1A2 tipli “Abrams” tankları və digər hərbi avadanlıq daxildir.
 
Hərbi təlimlərdə iştirak edəcək ABŞ hərbçilərinin bir qrupu artıq Tbilisiyə gəlib. ABŞ hərbçilərinin digər qrupunun isə iyulun 31-nə qədər Gürcüstana gələcəyi nəzərdə tutulur.
 
Qeyd edək ki, “Layiqli tərəfdaş 2018” təlimlərinə avqustun 1-də Vaziani hərbi bazasında start veriləcək. Avqustun 15-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı 12 ölkənin 3 mindən çox hərbçisi iştirak edəcək.


N.S


SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar