Amerika hökuməti: Siyasi haker hücumlarının arxasında Rusiya dayanır

2016-10-08 15:58

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmən Rusiyanı ABŞ seçkilərinə müdaxilə məqsədilə kiber hücumlara əl atmaqda ittiham edib, hərçənd ki, rəsmilər hələlik bu addımı “kiber-müharibə” kimi qiymətləndirməkdən çəkinirlər.

 

Cümə günü yayılan bəyanatda ABŞ hökuməti əmin olduğunu bildirib ki, iyul ayında Demokrat Milli Komitəsinə edilən haker hücumunun arxasında Rusiya dayanır. Bu əməl nətcəsində sızdırılan minlərlə email Demokratların qurultayından öncə bir neçə partiya rəsmisini rüsvay etmişdi.

 

“Bu oğurluq və açıqlamaların məqsədi ABŞ seçki prosesinə müdaxilə etmək olub," deyə Milli Kəşfiyyat İdarəsinin Direktoru İdarəsi və Təhlükəsizlik Departamenti bildirib.

 

“Bu əməliyyatların miqyası və həssaslığına əsaslanaraq biz inanırıq ki, yalnız Rusiyanın ən yüksək rəsmi dairələri bu fəaliyyətlərə göstəriş verib,” bəyanatda qeyd edilir.

 

Kəşfiyyat rəsmiləri Rusiyanın hücumları həyata keçirdiyindən həftələrdir ki, şübhələnirdilər. Belə ki, ruslar oxşar “taktika və texnologiyalardan” Avropa və Avrasiyada istifadə ediblər.

 

Lakin ABŞ kəşfiyyat icması hücum mənbəyinin konkret Rusiya olması haqda “əminliklə qənaətə gəldikdən” sonra bu açqılamanı ictimailəşdirməyə qərar verib, ABŞ rəsmisi Amerikanın Səsinə bildirib.

 

ABŞ hökuməti habelə ştat və lokal səviyyələrdə seçki ilə əlaqəli serverlərə müdaxilənin aşkar olunduğunu bildirib ki, bunlar da Rusiyadan qaynaqlanır.

 

“Çalışırıq ki, ştat və yerli rəsmilərə səsvermə infrastrukturunu qorumağın vacibliyini maksimum səviyyədə çatdıraq,” deyə adının açıqlanamsını istəməyən ABŞ rəsmisi “Amerikanın Səsi”nə bildirib. “Biz səsvermə prosesinin təhlükəsizliyini təmin etməliyik.”

 

Kreml sözçüsü ittihamları rədd edərək deyilənləri “cəfəngiyyat” adlandırıb. “Amerikanın səsi”

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Cəbhədə son vəziyyət: Düşmənin bir neçə zirehli texnikası, çox sayda canlı qüvvəsi məhv edilib

2020-10-20

gun az article

Müdafiə Nazirliyi: Düşmənin muzdlulardan ibarət dəstələri məhv edilib

2020-10-20

gun az article

Hikmət Hacıyev: Ermənistan bütün konvensiya və qanunları kobud şəkildə pozaraq Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir

2020-10-19

gun az article

Azərbaycan Prezidenti: Münaqişənin coğrafiyasını genişləndirmək istəyən Ermənistan çox yanlış yoldadır

2020-10-19

gun az article

“Qeyri-rəsmi məlumat və videoları yaymayın” - MN

2020-10-19

gun az article

Səid Xətibzadə: “Biz hər iki ölkəyə xəbərdarlıq emişik ki, İran ərazisinə qarşı hər hansı bir təcavüzə uyğun cavab veriləcək”

2020-10-19

gun az article

İranda daha 337 nəfər koronavirusdan vəfat edib, 4251 nəfər virusa yoluxub

2020-10-19

gun az article

Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələri humanitar atəşkəsin birinci günü Azərbaycanın 5 rayonuna 229 mərmi atıb

2020-10-19

gun az article

Prezident: Cəbrayıl rayonunun 13 kəndi işğaldan azad edilib

2020-10-19

gun az article

Düşmənin 527-ci alayının taboru döyüşməkdən imtina etdi

2020-10-18

gun az article

İranda daha 252 nəfər koronavirusdan ölüb, 3890 nəfər xəstəliyə yoluxub

2020-10-18

gun az article

XİN: Humanitar atəşkəsin kobud şəkildə pozulması Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllinə biganə olduğunu nümayiş etdirir

2020-10-18

gun az article

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir

2020-10-18

gun az article

Düşmənin bu texnikaları da məhv edildi - Siyahı

2020-10-18

gun az article

MN: Ermənistan yeni atəşkəs rejiminə əməl etmir

2020-10-18

gun az article

XİN: Azərbaycanla Ermənistan 18 oktyabrdan müvəqqəti humanitar atəşkəsə razılıq verib

2020-10-18

gun az article

Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib

2020-10-17

gun az article

İranın İrəvandakı hərbi attaşesi 1 həftədə 3 dəfə Ermənistan müdafiə nazirliyinin rəsmisi ilə görüşüb

2020-10-17

gun az article

İranda daha 253 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 30 000 nəfəri keçib

2020-10-17

gun az article

Azərbaycan Prezidenti: “Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək. Heç bir qüvvə bizi dayandıra bilməz”

2020-10-17