SON XƏBƏRLƏR

Amerika, husilərə silah və maliyyə yardımı edən 5 “Sepah”çıya sanksiya qoyub

2021.10.20, 07:36
Amerika, husilərə silah və maliyyə yardımı edən 5 “Sepah”çıya sanksiya qoyub

Gunaz.tv

 GünAzTV: Amerika Maliyyə Nazirliyi mayın 22-də bəyanat yayaraq Yəməndəki şiə husi yaraqlılarına silah-sursat və maliyyə yardımı göstərən 5 İran vətəndaşına sanksiya qoyduğunu bildirib.

 

Bəyanatda bildirilir ki, “Sepah”çılar, Mehdi Azərpişə, Məhəmməd Ağa Cəfəri, Mahmud Baqiri Kazımabad, Cavad Bordbar Şir Amin və Məhəmmədəli Həddad Tehrani, “Sepah” vasitəsilə husiləri silahlandıraraq, onlara maliyyə yardımı göstərmiş, onlara hərbi təlimlər keçirilməsində birbaşa rol oynayıblar: “Bu şəxslərin qanunsuz əməlləri, husilərin gücləndirilməsinə, Səudiyyə Ərəbistanı şəhərlərinin ballistik raketlərlə vurulmasına gətirib çıxarıb.

 

Sanksiyaya məruz qalan bu şəxslər həmçinin, Yəmən əhalisinə humanitar yardımların çatdırılması üçün göstərilən  səylərə mane olaraq, beynəlxalq sularda gəmilərin sərbəst hərəkətini təhlükə ilə üz-üzə qoyublar”.

 

Qeyd edək ki, Amerikanın nüvə sazişindən çıxmasından sonra, ABŞ Maliyyə Nazirliyinin terrorizmə dəstək verən İran rəsmilərinə, o cümlədən də “Sepah”çılara qarşı sanksiya tətbiq etməsi geniş vüsət alıb.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar