"İran xalqı öz rəhbərlərini azad və ədalətli şəkildə seçmək hüququndan məhrum edilib”-Amerika rəsmisi

2021-06-20 20:00

Amerika Dövlət Departamenti iyunun 19-da bəyanat yayaraq, İranda seçkilərin qeyri-demokratik yolla keçirilməsini bildirərək axund İbrahim Rəisinin prezident postuna gətirilməsini tənqid edib.

Gunaz.tv Quote | Gunaz article

ABŞ Dövlət Departamentinin sözçülərindən biri mediaya açıqlamasında islam respublikasında keçirilmiş son üzdəniraq prezident seçkilərinə və onun nəticəsinə münasibət bildirərək deyib ki, İran milləti öz rəhbərlərini azad və ədalətli şəkildə seçmək hüququndan məhrum edilib.


“Lakin buna baxmayaraq, Tehranda qüdrətin kimin əlində olub-olmamasından asılı olmayaraq, Amerika Birləşmiş Ştatlarının İranla bağlı siyasi öz milli mənafeyini qorumaq və irəli aparmaq prinsipi üzərində qurulub.


Hazırda isə Amerika Tehranla Vaşinqtonun nüvə sazişi əsasında üzərlərinə götürdüyü öhdəliklərin icrasına birgə qayıtması üçün öz müttəfiq və tərəfdaşları ilə danışıqları davam etdirir”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.

لابيد

İsrailin xarici işlər naziri Yair Lapid


Bu arada İsrailin xarici işlər naziri Yair Lapid də iyunun 19-da “Twitter” səhifəsində paylaşım edərək, İrandakı prezident seçkilərinin nəticələrinə münasibət bildirərək prezident postuna seçilmiş axund İbrahim Rəisini “Tehran qəssabı” (Tehran cəlladı-red) və minlərlə iranlının qətlində birbaşa məsuliyyət daşıyan “ekstremist şəxs” adlandırıb. 


“Tehran qəssabı olan İbrahim Rəisi İran hakimiyyətinin nüvə ambisiyalarına və islam respublikasının apardığı qlobal terror kampaniyasına sadiq bir şəxsdir. 


Hesab edirəm ki, İbrahim Rəisinin prezident postuna seçilməsi, İranın nüvə proqramını dayandırmaq üçün yeni bir iradə ortaya qoymalı və islam respublikasının dağıdıcı regional ambisiyalarına son qoymalıdır”, -deyə İsrailin xarici işlər naziri Yair Lapid “Twitter”də etdiyi paylaşımında bildirib. 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31

gun az article

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

2021-07-31

gun az article

Yair Lapid: “Neft tankerimizə hücum İranın işidir və ona kəskin cavab verilməlidir”

2021-07-31

gun az article

Səfir Bilal Hayee: "Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır"

2021-07-31