SON XƏBƏRLƏR

Amerika İran sanksiyalarına görə İraqa verdiyi istisna müddətini daha 3 ay uzadıb

2021.10.20, 07:36
Amerika İran sanksiyalarına görə İraqa verdiyi istisna müddətini daha 3 ay uzadıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları İrana qarşı tətbiq etdiyi neft və qaz sanksiyalarından sonra İraqa verdiyi möhlət müddətini daha 3 ay müddətində uzadıb.

 

2018-ci ilin noyabr ayının əvvəllərində Amerika İrana qarşı tətbiq etdiyi neft və qaz sanksiyalarından sonra bir neçə ölkəyə öz daxili təlabatlarını ödəmək üçün sanksiyalara məruz qalmadan İrandan neft almağa icazə möhləti vermişdi.

 

Bu icazə ilə İraq 90 gün müddətində İrandan heç bir məhdudiyyət olmadan enerji resursları ala biləcək.

 

Amerika Birləşmiş Ştatlarının məsələ ilə bağlı açıqlamasında qeyd edilir ki, icazə müddətinin uzadılması İraqda enerji çatışmazlığından yaranan təhlükələrin qarşısını almaq üçündür.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar