SON XƏBƏRLƏR

Amerika İran təhdidinə qarşı Yaxın Şərqə “USS Arlington” gəmisi ilə birgə Patriot zenit-raket sistemi də göndərir

2021.10.20, 07:36
Amerika İran təhdidinə qarşı Yaxın Şərqə “USS Arlington” gəmisi ilə birgə Patriot zenit-raket sistemi də göndərir

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları İranın yaratdığı təhdidlərə qarşı Yaxın Şərqə yeni gəmi- “USS Arlington” göndərir.

 

Bununla bağlı yayılmış məlumatlarda birdirilir ki, gəminin göyərtəsində suda və quruda hərəkət edə bilən hərbi maşınlar və Patriot zenit-raket sistemi də olacaq. “Arlington”un daha öncə körfəzə göndərilmiş “USS Abraham Linkoln” hərbi gəmi dəstəsinə qoşulacağı deyilir.

 

Dünən isə B-52 strateji bombardımançı təyyarələrin artıq Qətərdə yerləşən ABŞ-a məxsus “Əl-Üdeyd” hərbi bazasında eniş etdiyi barədə məlumatlar yayılmışdı.

 

Rəsmi Tehran Amerikanın bu addımlarını “ölkəni qorxutmağa yönəlmiş psixoloji müharibə" kimi dəyərləndirir.

 

Amerika Birləşmiş Ştatları isə regiona yeni qüvvələrin göndərilməsinin məqsədinin İranın ABŞ-ın maraqlarına və ya onun müttəfiqlərinə qarşı baş tutacaq hər bir hücumuna kəskin cavab vermək olduğunu bildirir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar