Amerika İranı terrorizmi maliyyələşdirməyə sərf etdiyi milyardlarla dollardan məhrum edib

02.08.2019, 12:09

GünAz TV: Amerika Birləşmiş Ştatlarının maliyyə nazirinin terrorizm və maliyyə məsələləri üzrə müavini Sigal Mandelker bildirib ki, rəsmi Vaşinqton İranı terrorizmi maliyyələşdirməyə sərf etdiyi milyardlarla dollar vəsaitdən məhrub edib.

 

Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində (CSIS) çıxış edən Mandelker qeyd edib ki, sanksiyalar İranın gəlirlərinin azalmasına ciddi təsir göstərib. Bununla da rəsmi Tehran daha əvvəlki kimi terrorizmi maliyyələşdirmək iqtidarında olmayıb.

 

“İranın rəhbərləri Həmas və Hizbullah kimi terror təşkilatları, eləcə də milyonlarla vətəndaşını qətliam edən, öz yurundan didərgin salan Bəşər Əsəd rejimi kimi diktatorları maliyyələşdirmək üçün öz millətinin pulunu oğurlayıb, onlara göndərir”- deyə Sigal Mandelker əlavə edib.

 

Amerikalı rəsmi həmçinin rejimin Əsəd diktaturasını qorumaq üçün İranda yaşayan əfqanları zorla Suriyaya göndərdiyini də vurğulayıb.

 

Mandelker sonda qeyd edib ki, Tramp administrasiyasının öz işinə başlamasından sonra İranla əlaqəli olan 2600 insan, gəmi, təyyarə və şirkətə qarşı sanksiya qəbul edilib. Bundan başqa, bu sanksiyaları pozanlara qarşı 1.3 milyard dollar cərimə kəsilib.

 

Qeyd etmək lazımdır ki, sanksiyalardan sonra İran iqtisadiyyatı iflic vəziyyətə düşüb. Ölkənin milli valyutası öz dəyərinin təqribən 70%-ni itirib, ərzaq məhsulları və xidmət sektorunda qiymətlər görünməmiş dərəcədə yüksəlib. Eləcə də, ölkə gəlirlərinin 70%-dən çoxunu təşkil edən neft ixracatı günlük təqribən 2.5 milyon bareldən 100 min barelə düşüb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19

gun az article

"Bir bayrağımız var, o da Azərbaycanda dalğalanan bayraqdır"-Əhməd Obalı

2023-03-18

gun az article

Öldürülən güneyli gəncin ailəsinə təzyiqlər davam edir

2023-03-18

gun az article

Güneyli yazıçı Vəli Rai Şücai vəfat edib

2023-03-18

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-18

gun az article

İranda qaşqaylara qarşı təzyiqlər davam edir-VİDEO

2023-03-18