SON XƏBƏRLƏR

AMERİKA İRANI TERRORUN BİR NÖMRƏLİ SPONSORU ELAN ETDİ

2021.10.20, 07:36
AMERİKA İRANI TERRORUN BİR NÖMRƏLİ SPONSORU ELAN ETDİ

Gunaz.tv
AMERİKA İRANI TERRORUN BİR NÖMRƏLİ SPONSORU ELAN ETDİ Dövlət Departamentinin hesabatında göstərilir ki, Azərbaycan “çirkli pulların yuyuylması”na qarşı qanunun qəbulunu ləngidir 129.jpg ABŞ Dövlət Departamenti dünya ölkələrində terrorçuluq və onunla mübarizəyə dair illik hesabatını yayıb. Hesabatda İran yenə də qlobal terrorun bir nömrəli sponsoru elan edilir. Daha sonra terroru dəstəkləyən ölkələr siyahısında Suriya, Şimali Koreya, Kuba və Sudan kimi ölkələr də göstərilir. Hesabatda deyilir ki, İran “Həmas”, “Hizbullah” kimi terrorçu təşkilatlara, həmçinin İraqdakı yaraqlılara və Əfqanıstanda talibançılara kömək göstərir. İran eyni zamanda, İsrailə hücum etmək və ABŞ-ı zəiflətmək yoluyla öz təhlükəsizliyini təmin etməyə çalışır, regionda terrorun köməyi ilə ABŞ-ı sıxışdırıb çıxarmağa çalışır. Şimali Koreya ilə bağlı mövqe isə nisbətən yumşaqdır. Hesabatda deyilir ki, bu ölkənin terrora vasitəçilik etməsi haqda dəlillər yoxdur, bununla belə Şimali Koreya 1970-ci ildə Yaponiya sərnişin təyyarəsini partladan dörd terrorçunu təhvil verməkdən imtina edir. Sənəddə deyildiyinə görə, Qərb üçün əsas təhdid “Əl-Qaidə” terror şəbəkəsidir. Bu təşkilat Əfqanıstan hökumətinin nəzarətində deyil və sərhəd bölgələrində möhkəmlənib, oradan terror fəaliyyətlərinə rəhbərlik edir və sıralarına yeni üzvlər qatır. “Hazırda ”Əl-Qaidə" kütləvi qırğın silahı əldə etməyə və onun yolunu kəsməyə çalışanlara, o cümlədən başqa müsəlmanlara, qadınlara, uşaqlara maksimal xətər yetirməyə çalışır". Dövlət Departamentinin bildirdiyinə görə, ötən il terror hücumlarının sayı nisbətən azalıb və 14449 təşkil edib. Lakin terror qurbanlarının sayı artaraq 22685 nəfərə çevrilib. Terror qurbanlarının 60 faizdən çoxu İraqın payına düşür. Hesabatda Azərbaycanın terrorla mübarizədə səyləri müsbət qiymətləndirilir. Sənədin Azərbaycanla bağlı hissəsində deyilir ki, son 5 ildə hökumət şübhəli terrorçu qrupların üzvlərini fəal şəkildə həbs və mühakimə edib. Terrorçu qrupları dəstəkləməkdə şübhəli bilinən təşkilatlar bağlanıb, terrorçularla bağlılığı olan 3 ayrı qruplaşmaya mənsub azı 39 adam həbs edilib. Azərbaycan ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarına dəstək olaraq öz hava məkanından istifadə imkanı verib, 2003-cü ilin avqustundan isə Azərbaycan İraqda sülhməramlı əməliyyatlarda iştirak edir. Təxminən 150 azərbaycanlı əsgərdən ibarət piyada dəstəsi Həbib Bəndini mühafizə edir. 2002-ci ilin noyabrından isə Azərbaycan ordusunun bir taqımı Əfqanıstanda türk kontingentinin tərkibində sülhməramlı əməliyyatlarda iştirak edir. Hesabatda göstərilir ki, Azərbaycan terrorizmin maliyyələşdirməsinə qarşı mübarizə istiqamətində tədbirlər görməsinə və terrorçuluqda şübhəli bilinən fərdlərin və qruplaşmaların siyahısını yerli banklara təqdim etməsinə baxmayaraq, terrorizmi maliyyələşdirməsinə qarşı qanunvericilik hələ qəbul edilməyib. Çirkli pulların yuyulmasına və terrorçuluğu maliyyələşdirməsinə qarşı qanun layihəsi 2006-cı ilin dekabrında ABŞ-ın Ədliyyə Nazirliyinə və Avropa Şurasına təqdim edilib. ABŞ Ədliyyə Nazirliyi qanun layihəsi ilə bağlı rəylərini Azərbaycan hökuməti ilə müzakirə edib. Hökumət hələlik qanun layihəsini parlamentə göndərməyib. Maliyyə kəşfiyyat idarəsi də hələlik yaradılmayıb. ABŞ prokuror, müstəntiq və hakimlərə çirkli pulların yuyulmasına, terrorizmin maliyyələşdirilməsinə qarşı istintaq üsulları barədə təlim keçib. Hesabatda fevral ayında Bakıda özlərini “Şimal Mehdi Ordusu” adlandıran 15 azərbaycanlıdan ibarət qruplaşmanın həbs olunması da göstərilir. Deyilir ki, onların qapalı məhkəməsi olub və xarici kəşfiyyata işləməkdə, dövlət çevrilişinə cəhddə, qanunsuz silah saxlamaqda, quldurluqda ittiham olunublar.ÿ Oktyabrın sonu, noyabrın əvvəlində Sumqayıtda 12 azərbaycanlıdan ibarət başqa bir qrupun yaxalandığı, onlara Əbu Cəfər adlı etnik ərəbin rəhbərlik etdiyi, onlardan Sumqayıtın xəritəsi, çoxlu silah-sursat götürüldüyü, hazırda bu işlə bağlı istintaq getdiyi bildirilir. ÿ Noyabr ayında isə ABŞ-ın Bakıdakı səfirliyinə təhlükə ilə əlaqədar 11 nəfərin həbs olunduğu göstərilir. Həmin qruplaşmaya Azərbaycan ordusunun zabiti Kamran Əsədovun rəhbərlik etdiyi, onun ordu sıralarını özbaşına tərk edərkən silah-sursat götürdüyü, bu qruplaşmanın oktyabrın 30-da Bakıda “LUKoyl” yanacaqdoldurma məntəqəsinə basqın etdikləri göstərilir. Mətbuatın onların Bakıdakı ABŞ səfirliyinə hücum planlaşdırdığı, haqlarında cinayət işi açıldığı da hesabatda xatırladılır. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar