SON XƏBƏRLƏR

Amerika İranla ticarətlə bağlı yeni mexanizmlər tətbiq etdiyini açıqlayıb

2021.10.20, 07:36
Amerika İranla ticarətlə bağlı yeni mexanizmlər tətbiq etdiyini açıqlayıb

Gunaz.tv

GünazTV: Amerikanın Maliyyə və Xarici İşlər Nazirlikləri oktyabrın 25-də birgə bəyanat yayaraq, İranla humanitar sahədə ticarətin şəffaflığının gücləndirilməsi məqsədilə yeni mexanizmlərin tətbiq olunmasını açıqlayıblar.

 

Bəyanatda bildirilir ki, İranla qanuni və lisenziyalı şəkildə ticari əlaqələr qurmaq istəyən ölkə və ya şirkətlər, Ameikanın xarici sərmayələrinə nəzarət edən idarənin qaydalarına uyğun olaraq,  sövdələşmə predmetləri ilə bağlı bütün məlumatları əvvəlcədən təqdim etməlidirlər: “Yeni mexanizm, beynəlxalq ictimaiyyətin daha ayıq şəkildə İranla humanitar sahədə ticarət etməsinə yardım edəcək. Yeni mexanizmin tətbiqində məqsəd, İranın ticari sövdələşmələrdən əldə edəcəyi pulları ballistik raketlərin istehsalına və terrorizmə dəstəyə sərf etməyəcəyindən əmin olmaqdır.

 

Amerika Maliyyə Nazirliyinin maliyyə cinayət və fırıldaqçılığına qarşı mübarizə bölməsi hesab edir ki, İran əvvəldə olduğu kimi, çirkli pulların yuyulması mərkəzlərindən biri olaraq qalır. Yeni qaydaların tətbiq olunması da məhz İranın dağıdıcı maliyyə fırıldaqçılığının qarşısını almaq və Amerikanın maliyyə sistemini qorumaq üçündür.

 

İranın hələ də terrorizmin ən böyük himayədarı olduğunu və onun çirkli pulların yuyulmasına və terrorizmin maliyyə baxımdan təmin olunmasına qarşı mübarizə ilə bağlı qanunları qəbul və icra etmədiyini nəzərə alaraq, hesab edirik ki, Tehranla ticari əlaqələrin yaradılması üçün belə sərt qanunların tətbiq olunması vacibdir” –deyə, Amerikanın Maliyyə və Xarici İşlər Nazirliklərinin birgə bəyanatında bildirilir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar