SON XƏBƏRLƏR

Amerika Konqresi “Meksika divarının” tikintisinə pul ayırdı

2021.10.20, 07:36
Amerika Konqresi “Meksika divarının” tikintisinə pul ayırdı

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nümayəndələr palatası Donald Trampın ideyası əsasında qanunsuz miqrantların qarşısını almaq məqsədilə Meksika sərhədində divarın inşasına büdcədən altı milyard dollara yaxın vəsaitin ayrılmasına razılıq verib.

 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu maliyyələşmə Konqresin Nümayəndələr palatasının “Federal hökumətin işinin 8 fevral 2019 tarixinə kimi davam etdirilməsi və maliyyələşdirilməsi” haqqında qanun layihəsində təsbit olunub.

 

Sənədə əsasən, Meksika ilə sərhəddə tikinti işlərinin aparılmasına 5, 7 milyard dollar vəsait ayrılacaq.

 

Qanun layihəsinin qüvvəyə minməsi ABŞ Senatının müzakirəsinə çıxarılacaq. Senat tərəfindən təsdiqlənəcəyi təqdirdə prezident tərəfindən imzalanması üçün Ağ Evə göndəriləcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar