SON XƏBƏRLƏR

Amerika körfəzdə İran təhdidinə mövzusunda konfrans keçirəcək

2021.10.20, 07:36
Amerika körfəzdə İran təhdidinə mövzusunda konfrans keçirəcək

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti körfəzdə gəmiçilik sahəsində təhlükəsizlik məsələlərini müzakirə etmək üçün konfrans keçirəcəyi ilə bağlı məlumat yayıb.

 

Məlumata əsasən, konfrans cümə günü amerikalı və bir neçə xarici ölkənin yüksək vəzifəli rəsmilərinin iştirakıyla keçiriləcək.

 

Görüş zamanı tərəflər körfəzdə və Yaxın Şərq bölgəsində gəmilərin azad və təhlükəsiz şəraitdə hərəkətinin təmin edilməsi üçün müzakirələr aparacaqlar.

 

Dövlət Departamenti bildirir ki, bunun reallaşması və mövcud təhdidlərin aradan qaldırılması üçün dünya ölkələri birlikdə təşəbbüs göstərməlidirlər.

 

Konfrans Hörmüz boğazında İran təhdidlərinin artması fonunda beynəlxalq gəmiçiliyə qarşı yaranan təhlükələrin aradan qaldırılması yollarının müzakirə edilməsi üçün keçiriləcək.

 

Cümə günü baş tutacaq müzakirələrdən öncə 65 ölkənin Bəhreyndə bir araya gələrək, İranın körfəzdə həyata keçirdiyi təxribatçı addımlar və yaratdığı təhdidlər mövzusunda fikir mübadiləsi aparacağı gözlənilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar