SON XƏBƏRLƏR

“Amerika kosmosda silah yerləşdirməyə başlayıb” - Sergey Lavrov

2021.10.20, 07:36
“Amerika kosmosda silah yerləşdirməyə başlayıb” - Sergey Lavrov

Gunaz.tv

GünAz TV: “Amerika Birləşmiş Ştatları (ABŞ) artıq kosmosda silahların yerləşdirilməsi ilə bağlı işə başlayıb və müvafiq moratoriumu imzalamaq cəhdlərini rədd edib”.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rusiya qlobal siyasətdə” jurnalında dərc olunan “Dünya yol qovşağında və gələcəyin beynəlxalq münasibətlər sistemi” adlı məqaləsində qeyd edib. 

 

“Vaşinqton silahların kosmosa yerləşdirilməsi planlarına başlayıb, bu cür fəaliyyətlərə dair universal moratoriumu razılaşdırmaq təkliflərini rədd edib”, - deyə o, bildirib.

 

Lavrov Amerikanın strateji sabitlik siyasətini revizionizmin təzahürü adlandırıb.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar