SON XƏBƏRLƏR

Amerika Krım üzərində kəşfiyyat apardı

2021.10.20, 07:36
Amerika Krım üzərində kəşfiyyat apardı

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi hava qüvvələrinə məxsus RQ-4B-30 "Global Hawk” pilotsuz uçuş aparatı (PUA) Krım sahillərində kəşfiyyat uçuşu həyata keçirib.


Bu barədə "PlaneRadar” monitorinq portalı məlumat yayıb.

Qeyd olunub ki, PUA İtaliyadakı "Sigonella” aviabazasından havaya qalxaraq Donbassdakı delimitasiya xəttinə doğru uçub. Daha sonra isə Rusiyanın Qara dəniz sahillərində kəşfiyyat uçuşu aparıb və Sevastopolun 33 kilometrliyinədək yaxınlaşıb.


PUA ilə yanaşı, həmçinin, ABŞ-ın Boeing P-8A "Poseidon” sualtı qayıq əleyhinə patrul təyyarəsinin də Krım sahillərində uçuşlar apardığı bildirilir. azvision.az

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar