SON XƏBƏRLƏR

Amerika-KXDR sammitindən sonra tərəflər birgə hərbi manevrlər keçirəcəklər

2021.10.20, 07:36
Amerika-KXDR sammitindən sonra tərəflər birgə hərbi manevrlər keçirəcəklər

Gunaz.tv

GünAz TV: Rəsmi Seul və Vaşinqton Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp və KXDR (Şimali Koreya) lideri Kim Çen In arasında fevralın 27-28-də keçirilməsi planlaşdırılan ikinci sammit başa çatdıqdan sonra birgə hərbi manevrlərin keçirilməsi planlarını açıqlamaqla bağlı razılaşıblar.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyinə hökumətdəki mənbə məlumat verib.

 

Onun sözlərinə görə, "Key Resolve" komando-qərargah təlimlərinin ilkin olaraq martın 4-də başlanılacağı planlaşdırılır.

 

Mənbə qeyd edib ki, təlimlərin keçirilməsinin tarixinin elan olunmasının təxirə salınması sammitdən əvvəl əlavə narahatedici amillər yaratmamaq istəyi ilə bağlıdır.

 

Daha əvvəl Cənubi Koreya KİV "Key Resolve" komando-qərargah təlimlərinin və "Foal Eagle" sahə manevrlərinin bu il kiçildilmiş miqyasda keçirilə biləcəyini yazıb.

 

ABŞ Prezidenti Donald Tramp fevralın 5-də açıqlayıb ki, fevralın 27-28-də Vyetnamda Kim Çen In ilə görüşəcək. Ancaq, o, sammitin hansı şəhərdə olacağını söyləməyib.

 

ABŞ və KXDR liderlərinin tarixdəki ilk sammiti 2018-ci il iyunun 12-də Sinqapurda keçirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar