SON XƏBƏRLƏR

Amerika Mətbuatı Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Etirazları işıqlandırıb - VİDEO

2021.10.20, 07:36
Amerika Mətbuatı Urmu Gölü ilə bağlı keçirilən Kütləvi Etirazları işıqlandırıb - VİDEO

Gunaz.tv

GünAz TV: Urmu gölünün qurumasına etiraz edən soydaşlarımızın keçirdiyi aksiyalar (yürüşlər) dünya mətbuatının xüsusi diqqətini çəkib.

 

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) eləcə də dünyanın nüfuzlu mətbu orqanlarından biri “The New York Times” qəzeti Güney Azərbaycanda  keçirilən etiraz aksiyaları haqda müxtəlif xəbər agentliklərində yazılan məlumatları, aksiyadan çəkilmiş fotoşəkilləri və sosial şəbəkələrdə paylaşılan videogörüntüləri öz veb səhifəsində yerləşdirib.

 

Həmin görüntü və fotoşəkillərdə soydaşlarımızın keçirdiyi kütləvi etiraz aksiyanın gedişi zamanı səsləndirilən şüar və tələblər, eləcə də hökumət qüvvələrinin atdığı zorakı addımlar geniş işıqlandırılıb.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar