SON XƏBƏRLƏR

Amerika ordusu Ruhaninin təhdidinə cavab verdi: “Biz Hörmüz boğazının bağlanmasına imkan verməyəcəyik”

2021.10.20, 07:36
Amerika ordusu Ruhaninin təhdidinə cavab verdi: “Biz Hörmüz boğazının bağlanmasına imkan verməyəcəyik”

Gunaz.tv

GünAzTV: Amerika ordusunun sözçüsü Bill Urban iyulun 4-də jurnalistlərə açıqlamasında İran prezidenti Həsən Ruhaninin Hörmüz boğazını bağlayacaqları ilə bağlı təhdidinə cavab verib.

 

İyulun 3-də İsveçrəyə səfər edən Həsən Ruhani, bu ölkənin rəsmiləri ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Vaşinqtonun İran neftinin ixracına qoymağa çalışdığı qadağadan danışıb. O, Hörmüz boğazının adını çəkmsə də, zərurət yaranarsa, onu neft daşıyan beynəlxalq gəmilərin üzünə bağlayacaqlarına eyham vurub: “Amerikalılar bildirirlər ki, İran neftinin ixracının qarşısını tamamilə almaq istəyirlər. Onlar bu sözün mənasını anlamırlar. Çünki region nefti ixrac olunduğu bir vaxtda, İran neftinin ixracının qarşısını almağın heç bir məna və anlamı yoxdur. Əgər Vaşinqton dediyini gerçəkləşdirə bilsə, O zaman bunun nəticəsini də görəcək”.

 

 

ABŞ ordusunun sözçüsü Bill Urban, İran prezidentinin adını çəkmədən onun məsələ ilə bağlı səsləndirdiyi bəyanatına kəskin reaksiya verib. O deyib ki, Hörmüz boğazı neft daşıyan beynəlxalq gəmilərin üzünə hər zaman açıq olmalıdır və heç kəs bu boğazı bağlaya bilməz: “Amerika dəniz qüvvələri və onun regional müttəfiqləri beynəlxalq qanunlar icazə verdiyi qədər dünyanın istənilən yerində azad ticarətin təhlükəsizliyini qorumağa, gəmlərin sərbəst və təhlükəsiz hərəkətini təmin etməyə tam hazırdır. Amerika ordusu, heç vaxt körfəzdə Hörmüz boğazının bağlanmasına imkan verməyəcək”.

 

Hörmüz boğazı

 

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin direktoru Brayan Huk iyulun 2-də jurnalistlərə açıqlamasında Vaşinqtonun İrana qarşı tətbiqinə hazırlaşdığı yeni sanksiyalardan danışıb.

 

ABŞ prezidenti Donald Trampın İranla bağlı strategiyasını şərh edən Huk bildirib ki, yeni sanksiyalar qoymaqda məqsədi, İran rejimini devirmək yox, onun rəhbərliyinin rəftrarını dəyişməkdir: “İrana qarşı sanksiyaların yeni mərhələsi avqustun 4-dən başlanacaq. Bu mərhələdə  maşınqayırma və qızıl ticarəti sektoruna sanksiya qoyulacaq.  Sanksiyaların növbəti mərhələsinin icrasına isə noyabrın 6-dan başlanacaq.

 

Bu ikinci mərhədə isə əsas məqsəd, İranın neft ixracatını sıfıra endirməkdir. İran rejimi xalqın ölkədə islahatlar aparılması ilə bağlı qanuni tələbinə məhəl qoymur, Tehran, Xürrəmşəhr və digər yerlərdə insanların dinc etirazlarını zorakılıqla yatızdırır, repressiyaya məruz qoyur. Məhz belə bir şəraitdə, Amerika hökuməti İran xalqının yanında durur”.

 

ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin direktoru Brayan Huk

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar