SON XƏBƏRLƏR

Amerika ordusu: “Sepahın Aynul-Əsədə etdiyi raket hücumunda 11 əsgər yaralanıb”

2021.10.20, 07:36
Amerika ordusu: “Sepahın Aynul-Əsədə etdiyi raket hücumunda 11 əsgər yaralanıb”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı (Sentkom) “Sepah” terror təşkilatının bu ölkənin İraqda yerləşən bazalarına atdığı raketlər nəticəsində 11 hərbçinin yüngül yaraldığını bəyan edib.

 

Yanvarın 8-də “Sepah” Qasım Süleymaninin intiqam əməliyyatı olaraq ABŞ-ın İraqda yerləşən 2 bazasını raket atəşinə tutduğu barədə bəyanat yaymışdı. Pentaqon hücum nəticəsində amerikalı hərbçilər arasında ölən və yaralananın olmadığını, bazaların infrastrukturuna cüzi zərər dəydiyini bəyan etmişdi.

 

Sentkomun ötən gün yaydığı açıqlamada qeyd edilir ki, hücum nəticəsində ölən olmasa da, 11 əsgərdə yüngül beyin silkələnməsi müşahidə edildiyindən, onlar xəstəxanaya yerləşdiriliblər. Hazırda hərbçilərin Amerikanın Küveyt və Almaniyada olan tibb müəssisələrində müalicə aldıqları deyilir.

 

Sentkom həmçinin bildirib ki, müalicə bitəndən sonra əsgərlər özlərini yaxşı hiss etdikləri təqdirdə, yenidən xidmətlərini davam etdirmək üçün İraqa qayıdacaqlar.

 

CNN telekanalı rəsmi Vaşinqtonun yaralananlarla bağlı məlumatı gec bəyan etməsinin səbəbinin əsgərlərdə yüngül beyin silkələnməsi hallarının hücumdan bir neçə gün sonra müşahidə edildiyi ilə bağlı olduğunu bildirib.

 

Bir müddət öncə İraqda mənzillənən Amerikanın başçılıq etdiyi DAİŞ-ə qarşı beynəlxalq koalisiyanın sözçülərindən biri xəbərdarlıq sistemləri nəticəsində “Sepah”ın hücumundan əvvəlcədən xəbərdar olduqlarını, buna görə də, əsgərləri bazanın zəif yerlərindən təhlükəsiz hissələrinə köçürdüklərini demişdi.

 

Aynul-Əsəd Amerikanın İraqda ən böyük hərbi bazası hesab edilir. Baza İraqın qərbində, Ənbar əyalətində yerləşir. Hücuma məruz qalan 2-ci baza isə Ərbil hava limanı yaxınlığında qərarlaşıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar