GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İranda rəzalət: Yəhudilər ölülərini dəfn edə bilmir
İran Futbol Federasiyası cərimə olundu
Ermənilər 12 yaşlı azərbaycanlı uşağa Şuşa türməsində dəhşətli işgəncələr veriblər
İran məhsullarının keyfiyyəti dünya standartlarından geri qalır
Türkiyə Kosovaya hərbi kontingent göndərir
İrandan ölkəyə qanunsuz keçmək istəyənlər tutuldu
Şuşada kütləvi məzarlıq aşkarlandı
İran dövləti öz kadrlarına belə güvənmir: haker qrupu rejimi ifşa etdi
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
GünAz TV: Vaşinqton Prokurorluğu İrana casusluq etməkdə şübhəli bilinən iki müttəhimin özlərinə qarşı irəli sürülmüş ittihamları qəbul etdiyi barədə məlumat yayıb.
Ötən gün yayılan məlumata əsasən, həmin şəxslər 39 yaşlı İran-Amerika vətəndaşlığı olan Əhmədrza Məhəmmədi Dustdar və 60 yaşlı İran vətəndaşı olan Məcid Qurbanidir. Onlar Amerika vətəndaşları, eləcə də “Xalq Mücahidləri Təşkilatı”nın üzvü olan Amerika vətəndaşları barədə kəşfiyyat xarakterli məlumatlar toplamaqla bağlı irəli sürülmüş ittihamları qəbul ediblər.
Xatırladaq ki, 2018-ci ilin avqust ayında Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi İrana casusluqda şübhəli bilinən iki nəfərin həbs edildiyi ilə bağlı məlumat yaymışdı. Nazirliyin məlumatında həmin şəxslərin yəhudi mərkəzlərindən biri yaxınlığında kəşfiyyat işləri apardığı, eləcə də “Xalq Mücahidləri Təşkilatı”nın üzvləri barədə məlumat toplaqdıqları qeyd edilirdi.
Həmin vaxt Nazirliyin yaydığı digər bəyanatda Məcid Qurbaninin Əhmədrza Məhəmmədi Dustdardan aldığı 2 min dollar pul müqabilində sözügedən təşkilatın 2017-ci ilin sentyabr ayının 20-də Nyu-Yorkda keçirdiyi toplantısından fotolar çəkib, sonuncuya təqdim etdiyi qeyd edilirdi. Məlumatda həmçinin Qurbaninin “Xalq Mücahidləri Təşkilatı”na sızmaqla bağlı İran xüsusi xidmət orqanlarından təlimat aldığı və bu istiqamətdə fəaliyyətlər göstərdiyi də bildirilirdi.
Həmin bəyanata əsasən, Əhmədrza Məhəmmədi Dustdar 2017-ci ildə Çikaqoda yerləşən, ortodoks yəhudilərinə məxsus mərkəzin təhlükəsizlik parametrləri barədə şəkillər çəkib. Məcid Qurbani ilə Əhmədrza Məhəmmədi Dustdar 3-cü şəxs vasitəsi ilə tanış olublar və Dustdar Qurbani ilə görüşüb, ona tapşırıqlar vermək üçün 3 dəfə İrandan Amerikaya səfər etdiyini etiraf edib. Sözügedən şəxslər həmçinin İrana qarşı sanksiyaları pozmağa istəqamətlənmiş iqtisadi cinayətkarlıq fəaliyyətləri ilə də məşğul olublar.
Ədliyyə Nazirliyinin bəyanatına görə, Dustdara hökm cari ilin dekabr ayının 17-də, Qurbaniya qarşı isə 2020-ci ilin yanvar ayının 15-də hökm oxunacaq. Bu ittihamlar üzrə həbs olunanları Amerika qanunlarına əsasən, 5 ildən 20-ilə qədər həbs gözləyir.
Ə.A
İranda rəzalət: Yəhudilər ölülərini dəfn edə bilmir
Şuşada kütləvi məzarlıq aşkarlandı
İran dövləti öz kadrlarına belə güvənmir: haker qrupu rejimi ifşa etdi
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
"İrana getməyin"-XİN ölkə vətəndaşlarına çağırış etdi
Amerika İranın məşhur internet şirkətinə sanksiya qoydu
Güneydə müəllimlərə təzyiqlər güclənib: İsmayıl Xudayari prokurorluğa çağırılıb
İranda dindarların sayı azalıb: "50 min məscid boş qalıb"-Ayətullah
İranda 21 yaşlı tələbənin müəmmalı ölümü etiraz doğurdu: Narazılara atəş açılıb
“Azərbaycan dövləti güneyin problemlərinə laqeyd qalmayacaq”-Oktay Qasımov-MÜSAHİBƏ
İran-Əfqanıstan sərhədində atışma: Hava limanına raket zərbələri endirilib
Urmu-Təbriz magistral yolunun ödənişləri bahalaşıb-Sürücülər narazıdır
Prezident İlham Əliyev Laçının Şəlvə kəndinin təməlini qoyub
"Bu, xalqı üz-üzə qoymaq cəhdidir"-Təbrizin millət vəkili hökuməti tənqid etdi
Urmuda ekoloji fəlakət: Şəhərçay ətrafı zibilxanaya çevrilib
Türkiyədə prezident seçkilərinin ikinci turu başlayıb
Milli fəal Hüseyn Amani Təbriz həbsxanasına köçürülüb
Zahidanda etirazçılar həbs edilib
Təbriz Universitetində Azərbaycan dili və ədəbiyyatı dərsləri dayandırıldı