SON XƏBƏRLƏR

Amerika prokurorluğu İrana uran zənginləşdirilməsi üçün karbon lifləri göndərən 3 iranlıya cinayət işi açıb

2021.10.20, 07:36
Amerika prokurorluğu İrana uran zənginləşdirilməsi üçün karbon lifləri göndərən 3 iranlıya cinayət işi açıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin Manhetten bolgəsində yerləşən prokurorluq 3 İran vətəndaşına qarşı cinayət işi başlanması barədə məlumat yayıb.

 

Məlumata əsasən, həmin şəxslərdən biri Almaniyada tutularaq, ABŞ-a ekstradisiya edilib. Ondan başqa daha 2 iranlı kişiyə qarşı da cinayət işi açılıb. Onların İrana uran zənginləşdirilməsi üçün ehtiyac duyulan karbon lifləri göndərdiyi bildirilir.

 

Amerikalı rəsmilərin sözlərinə görə, karbon lifləri uranın zənginləşdirilməsində istifadə olunduğundan, onları İrana ixrac edənlər qanunla cəzalandırılacaqlar.

 

Tutulanlardan birinin adı Behzad Purqənaddır və o, 2017-ci ildə Almaniyada saxlanılıb. Onun iyulun 15-də Nyu-Yorka ekstradisiya edildiyi və məhkəməsinin keçirildiyi deyilir.

 

Əlirza Şükri və Fərzin Fəridməneş adlı digər iki iranlı vətəndaş isə axtarışa verilib.

 

FBİ-ın məlumatına əsasən, bu 3 şəxs 2008- 2013-cü illərdə İranda yaşayıb və işləyiblər. Onlar birlikdə ABŞ-dan 3-cü ölkə vasitəsilə karbon lifləri əldə edib, İrana ixrac etmək istiqamətində razılığa gəlib, bu işi başladıblar.

 

Karbon lifləri raket istehsalı, kosmik texnika mühəndisliyi və uranın zənginləşdirilməsi üçün nəzərdə tutulan santrifüjlarda istifadə edilir.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar