SON XƏBƏRLƏR

Amerika Pxenyana hərbi hücumu istisna etmir

2021.10.20, 07:36
Amerika Pxenyana hərbi hücumu istisna etmir

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Şimali Koreyaya münasibətdə hərb variantını gündəlikdən heç vaxt çıxarmayıb.

 

Bu barədə Fox News telekanalına müsahibəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

 

"Hərbi variant heç vaxt istisna edilməyib”, - deyə Pens bildirib. O, həmçinin əlavə edib ki, "əgər Kim Çen In düşünürsə ki, Donald Trampla oynaya bilər, böyük səhv edir”.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya münasibətdə Liviya (Libi)  ssenarisinin nəzərdən keçirilmədiyini açıqlayıb. Rəsmi Pxenyan isə yalnız təzyiq yolu ilə birtərəfli qaydada nüvə silahından imtinanın tələb edilməsinə qarşıdır. Xəzər-xəbər

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar