SON XƏBƏRLƏR

Amerika rəsmi olaraq UNESCO üzvlüyündən çıxıb

2021.10.20, 07:36
Amerika rəsmi olaraq UNESCO üzvlüyündən çıxıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) 2017-ci ilin oktyabr ayında elan etdiyi UNESCO-dan çıxmaq barədə qərarı təşkilatın nizamnaməsinə uyğun olaraq bazar ertəsi qüvvəyə minib.

 

Bu gündən etibarən ABŞ UNESCO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir.

 

Bu, Vaşinqtonun faktiki olaraq daha üzvlük haqqı ödəməyəcəyi və 1972-ci il tarixli Mədəni və Təbii İrsin Qorunması Konvensiyasının müddəalarını yerinə yetirmək üçün məsul olan UNESCO-nun Dünya İrs Komitəsinə seçilə bilməyəcəyi anlamına gəlir.

 

ABŞ-ın beynəlxalq qurumdan çıxmasına isə Fələstin-İsrail münaqişəsi ilə bağlı yaranan fikir ayrılığı səbəb olub. "Report"

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar