SON XƏBƏRLƏR

Amerika, Rusiya və İsrail arasında İran təhdidləri mövzusunda görüş keçiriləcək

2021.10.20, 07:36
Amerika, Rusiya və İsrail arasında İran təhdidləri mövzusunda görüş keçiriləcək

Gunaz.tv

GünAz TV: Adının açıqlanmasını istəməyən amerikalı rəsmi iyun ayının sonunda ABŞ, Rusiya və İsrail arasında Suriyadakı vəziyyət və İran təhdidləri mövzusunda görüş keçiriləcəyini deyib.

 

Onun sözlərinə görə, baxmayaraq ki, Rusiya İran ilə Bəşər Əsəd rejimini müdafiə edir, lakin bu üçtərəfli görüş göstərir ki, Moskva İranın Suriyada möhkəmlənməsinə qarşıdır.

 

Görüş ərzində regiondakı vəziyyət və yeni müharibənin baş verməsinin qarşısının alınması yolları, eləcə də İranın region ölkələrində hərbi aktivliyi müzakirə olunacaq.

 

Amerikalı rəsmi əlavə edib ki, Bəşər Əsəd hakimiyyətdə qaldığına görə, görüşdə Suriyanın yenidənqurulması ilə bağlı heç bir müzakirə aparılmayacaq. Bundan əlavə, Əsədin hakimiyyətdə qalıb-qalmaması məsələsində isə “Amerika Birləşmiş Ştatları azadlıq üçün böyük bədəllər ödəyən Suriya xalqının qərarlarına hörmətlə yanaşacaq”.

 

Qeyd etmək lazımdır ki, bu görüşdə hər 3 tərəf milli təhlükəsizlik müşarivi səviyyəsində təmsil olunacaq. Bununla bağlı Ağ Evin ötən həftə yaydığı bəyanatda da bildirilirdi ki, prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton iyun ayının sonunda Yaxın Şərq regionundakı vəziyyətlə bağlı öz rusiyalı və israilli həmkarı ilə görüşəcək. Lakin bu bəyanatda aparılacaq müzakirələrin detalları barədə heç bir məlumat verilməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar