SON XƏBƏRLƏR

Amerika Rusiyanı daha sərt iqtisadi sanksiyalarla hədələyir

2021.10.20, 07:36
Amerika Rusiyanı daha sərt iqtisadi sanksiyalarla hədələyir

Gunaz.tv

GünAz TV: Vaşinqton Rusiyaya qarşı Moskva davranışını dəyişdirməsə daha ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirib.


Tramp administrasiyasının rəsmiləri bu açıqlamanı ABŞ qanunvericiləri Rusiyanın “bəd əməlləri”nin qarşısını almaq üçün daha ciddi addımları nəzərdən keçirdiyi vaxt verib.


“Rusiyanın bəd əməlləri davam etsə də, biz inanırıq ki, bu avantüra ilə bizim hakimiyyət səlahiyyətlərinin bütün gücündən istifadə edərək, daha çox iqtisadi zərbə endirməyə qadir olduğumuzu şübhəsiz ki, bilirdilər və biz bu davranış tamamilə açıq və əhəmiyyətli dərəcədə dəyişməyənə qədər bunu etməkdən çəkinməyəcəyik”-deyə, ABŞ-ın maliyyə nazirinin müavinini vəzifəsini icra edən Siqal Mandelker Senatın Bank komitəsinə bildirib.


ABŞ prezidenti Donald Tramp Moskva ilə daha yaxşı münasibətlər qurmaq istədiyini dəfələrlə bəyan edib. Lakin onun keçən ay Rusiya prezidenti Vladimir Putinlə görüşməsinə baxmayaraq, iki ölkə arasında münasibətlərdə hələ də gərginliklik qalmaqdadır.


Trampın mənsub olduğu Respublikaçılar partiyası tərəfindən nəzarət edilən Konqresin hər iki palatasının üzvləri daha ciddi addımların atılmasına çağırıb. Buraya Rusiyanın Krımı ilhaq etməsi, Suriyada vətəndaş müharibəsinə müdaxilə etməsi və ABŞ seçkilərinə təsir göstərmək məqsədilə kiber hücumlar keçirməyə çalışması ilə əlaqədar olaraq Moskvaya qarşı sərt iqtiasdi sanksiyaların tətbiqi daxildir.


ABŞ Senatının iki komitəsində çərşənbə axşamı günü iki komitədə Rusiyaya qarşı sanksiyaların ciddiləşdirilməsinə dair qanun layihəsi ilə bağlı dinləmə keçirilir.


Həm respublikaçılar, həm də demokratlar Trampı xüsusilə də Helsinkidə Putinlə keçən ay görüşündən sonra Moskvaya qarşı sərt mövqe tutmadığına görə tənqid edir. (Amerikanın səsi)


N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar