SON XƏBƏRLƏR

Amerika səfiri: "İran xalqını senzurasız internetlə təmin etmək imkanımız var"

2021.10.20, 07:36
Amerika səfiri: "İran xalqını senzurasız internetlə təmin etmək imkanımız var"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Almaniyadakı səfiri Riçard Qrenel Avropa Birliyi və ABŞ-ı İranda insanları senzurasız internetlə təmin etməyə çağırıb.


O, Twitter sosial şəbəkəsində yazdığı statusda ölkəsinin İran xalqını senzurasız və dövlətin nəzarət edə bilmədiyi internetlə təmin etmək üçün lazım olan bütün texnikaya sahib olduğunu bildirib.


Səfir rəsmi Vaşinqton və Aİ-ni bu sahədə lazım olan bütün addımları atmaq üçün hərəkətə keçməyə çağırıb.


Qeyd edək ki, xalq etirazlarından qorxuya düşən İran rejimi bu gündən ölkədə internetə çıxışı məhdudlaşdırıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar