Amerika “Sepah”ın istifadə etdiyi 92 domenin fəaliyyətinin qarşısını alıb

2020-10-08 12:41

Amerika Ədliyyə Nazirliyi oktyabrın 7-də bəyanat yayaraq, “Sepah” terror təşkilatının internet şəbəkəsi sahəsində istifadə etdiyi 92 domenin fəaliyyətini dayandırdığını bildirib.

Gunaz.tv Quote | Gunaz article


Bəyanatda deyilir ki, “Sepah”ın istifadə etdiyi domenlər yalan və saxta məlumatlar yaydıqları üçün fəaliyyətlərinin qarşısı alınıb: “Amerika Birləşmiş Ştatları “Sepah”ın dünya arenasında yalan və saxta informasiya yaymaq kampaniyası ilə məşğul olan 92 domeninin fəaliyyətini dayandırıb. Həmin domenlərin 4-ü gizli təxribat apararaq, özlərini mötəbər xəbər sayt və agentlikləri kimi qələmə verirdilər.


Fəaliyyəti dayandırılan saytlar “Sepah” tərəfindən idarə edilir, Amerika Bİrləşmiş Ştatlarının daxili və xarici siyasətinə təsir etmək üçün dünyada İranın ABŞ-a qarşı təbliğat aparmaq işi ilə məşğul olurdular” -deyə, Amerika Ədliyyə Nazirliyinin yaydığı bəyanatında bildirilir.


Kaliforniya ştatının federal prokuroru David Anderson isə buunla bağlı mediaya açıqlamasında deyib ki, Amerika İranın dünyada “fake news” kimi tanınan yalan və düzgün olmayan informasiya kampaniyası aparmasının qarşısını almaq üçün sözü gedən 92 domeni qapadıb. 


Xatırladaq ki, Twitter şirkəti ötən həftə bəyanat yayaraq, İranla əlaqədar olan 130 saxta hesabı ləğv etməsindən xəbər vermişdi. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qarabağda itkin düşən erməni hərbçilərin yaxınları Ermənistan MN-in qarşısında etiraz aksiyası keçirir

2020-11-23

gun az article

İranda daha 453 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 45 000 nəfəri keçib (Rəsmi statistika)

2020-11-23

gun az article

Azərbaycanda 15-dək deputat koronavirusa yoluxub

2020-11-23

gun az article

Dövlət Tərcümə Mərkəzi “Xankəndi necə Stepanakert oldu” adlı sənədli videoçarx hazırlayıb

2020-11-23

gun az article

Azərbaycan Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edib

2020-11-23

gun az article

İsfahan Neft Emalı Şirkətinin avtobusu qəzaya uğrayıb. 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb

2020-11-23

gun az article

Səfirlər, hərbi attaşelər Füzulidə - Yenilənib

2020-11-22

gun az article

Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

2020-11-22

gun az article

Ağdam məscidi işıqlandırıldı

2020-11-22

gun az article

Azərbaycanda son sutkada 3196 nəfər COVID-19-a yoluxub, 1598 nəfər sağalıb, 24 nəfər vəfat edib

2020-11-22

gun az article

Putin: Rusiya Dağlıq Qarabağ üzrə imzalanan razılaşmada vasitəçidir

2020-11-22

gun az article

İranda daha 475 nəfər koronavirusdan ölüb, 13 053 nəfər xəstəliyə yoluxub (Rəsmi statistika)

2020-11-22

gun az article

Rəsmi Tehranın sözçüsü: “Azərbaycan prezidenti bizim yaxın dostumuzdur”

2020-11-22

gun az article

Türkiyə hərbçiləri Dağlıq Qarabağ üzrə Monitorinq Mərkəzində 1 il fəaliyyət göstərəcək

2020-11-22

gun az article

Azərbaycandakı xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil edilib

2020-11-22

gun az article

İranın Fars əyalətində 4.4 bal gücündə zəlzələ olub

2020-11-22

gun az article

DTX rəisinin Şuşa şəhərinə xidməti səfəri olub

2020-11-22

gun az article

Ağdamın Şelli kəndində Azərbaycan bayrağı ucaldılıb

2020-11-22

gun az article

Ombudsman Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Qırmızı Xaç Komitəsinə və BMT-yə təkrar müraciət edəcək

2020-11-22

gun az article

Lavrov: “Ermənistan rəhbərliyi 10 noyabr bəyanatının alternativsiz olduğunu etiraf etdi”

2020-11-21