SON XƏBƏRLƏR

Amerika Serbiyanı bu həbsləri davam etdirməyə çağırıb

2021.10.20, 07:36
Amerika Serbiyanı bu həbsləri davam etdirməyə çağırıb

Gunaz.tv
Amerika Serbiyanı bu həbsləri davam etdirməyə çağırıb 20080722123718x-karadzic-203.jpg Amerika Birləşmiş Ştatları və Avropa Birliyi Serbiyanı Bosniya serblərinin sabiq lideri Radovan Karaciçin həbsindən sonra hərbi cinayətlər ittihamı əsasında həbsləri davam etdirərək Yuqoslaviya müharibəsinin digər bir komandiri Ratko Mladiçi də ələ keçirməyə çağırıb. Amerikanın BMT-dəki səfiri Zalmay Xalizadın dediyinə görə, onun ölkəsi Karaciçin həbs edilməsindən məmnundur və ümid edir ki, tez bir zamanda Ratko Mladiç də yaxalanıb həbsə salınacaqdır. Radovan Karaciçin Haaqadakı beynəlxalq hərbi tribunala köçürülməsinə qarşı müraciət etmək üçün 3 günü var, lakin onun vəkili deyib ki, o, son məqama qədər, yəni, cümə gününə qədər gözləyib sonra tədbir görmək fikrindədir. Dünən, cərşənbə axşamı paytaxt Belqradda Karaciçin həbsi ilə bağlı onun tərəfdarları ilə iğtişaş polisi arasında kiçik çəkişmələr olub. Bununla belə, müşahidəçilərin dediyinə görə, Karaciçin həbsinə ümumi reaksiya Serbiayada sakit olub. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar