SON XƏBƏRLƏR

Amerika Şirazda iki 17 yaşlı yeniyetmənin edam edilməsini qınayıb- FOTO

2021.10.20, 07:36
Amerika Şirazda iki 17 yaşlı yeniyetmənin edam edilməsini qınayıb- FOTO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morqan Ortakus Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən İranın Şiraz şəhərində yerləşən Adilabad həbsxanasında iki 17 yaşlı yeniyetəmənin gizli şəkildə edam edilməsi ilə bağlı yayılmış məlumatlara münasibət bildirib.

 

Bu addımı qınayan sözçü deyib ki, Dövlət Departamenti 17 yaşlı yeniyetmələr olan Mehdi Söhrabifər və Əmin Sədaqətin edam edilməsindən heyrətə gəlib.

 

 

Morqan Ortakus həmçinin İranın məxfi şəkildə həyata keçirdiyi bu edamın yenidən ölkədə qeyri-insani addım hesab edilən azyaşlı uşaqların edam edilməsinə başlandığının göstəricisi olduğunu deyib.

 

Qeyd etmək lazımdır ki, aprelin 29-da Beynəlxalq Amnistiya Təşkilatı İranın Şiraz şəhərində 2 azyaşlının məxfi şəkildə edam edilməsi ilə bağlı məlumat yayıb. 15 yaşlarında həbs edilmiş bu şəxslərin cəsədləri üzərində şallaq izləri də müşahidə olunur. Bu isə onların dar ağacından asılmamışdan öncə şallaq zərbələrinə məruz qaldığını göstərir. Məlumatda həmçinin dünya üzrə azyaşlı uşaqların ən çox İranda edam edildiyi vurğulanır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar