SON XƏBƏRLƏR

Amerika siyasi məhbus Vəhid Səyyadi Nəsirinin aclıq aksiyası nəticəsində ölməsinə görə İran rejimi qınayıb

2021.10.20, 07:36
Amerika siyasi məhbus Vəhid Səyyadi Nəsirinin aclıq aksiyası nəticəsində ölməsinə görə İran rejimi qınayıb

Gunaz.tv

GünAz Tv: Amerika Dövlət Departamentinin rəsmi veb saytında iranlı siyasi məhbus Vəhid Səyyadi Nəsirinin aclıq aksiyası nəticəsində ölməsinə görə bəyanat dərc edilib.

 

Dövlət Departamentinin sözçüsünün müavininin adından paylaşılan bəyanatda İran rejimi və rəsmiləri kəskin tənqid edilib. Eləcə də bildirilir ki, Vəhid Səyyadi Nəsiri “İran rejiminin aqressiyasının qurbanına çevrilən bir çox məhbuslardan biridir”.

 

Bəyanatda həmçinin Vəhid Səyyadi Nasirin Qumda qanunsuz olaraq həbs edilməsinə, eləcə də hüquqi yardım ala bilməməsi və “milli təhlükəsizlik əleyhinə çalışmaq” və “ali dini lideri təhqir etmək kimi” qondarma “cinayət”lər səbəbindən tutulduğu bir daha qeyd edilir: “Daha neçə nəfər İran rejiminin insan həyatına laqeydliyi nəticəsində öz həyatını itirəcək”- deyə bənayatda deyilir.

 

Qeyd edək ki, bu bəyanat İranın ali dini lideri Xamneyinin bu ilin mart ayında novruz bayramı münasibəti ilə etdiyi çıxışa işarə edir. Bu çıxışda Xamneyi bildirmişdi ki, “İranda heç kim müxalif olduğu üçün həbs edilmir və ölkədə seçim və söz azadlığı var”.

 

Xamneyinin bu fikirlərinin əksinə olaraq İranda hər il çox sayda insan öz fikirlərini ifadə etdikləri üçün “milli təhlükəsizlik əleyhinə çalışma”, “dini liderə qarşı təhqir”, “müqəddəslərə qarşı təhqir” və s. bu kimi qondarma ittihamlarla həbs edilir. Vəhid Səyyadi Nəsiri də bu cür qondarma ittihamlarla həbs edilmiş siyasi fəal idi. O, qanunsuz olaraq həbs edilmə və həbsxanada hüquqlarının pozulmasına görə 2 ay əvvəl aclıq aksiyasına start vermişdi. Dekabrın 12-də isə aclıq aksiyası nəticəsində sağlamlığında yaranan problemlər nəticəsində ölmüşdü.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar