SON XƏBƏRLƏR

Amerika Türkiyə üçün idxal güzəştlərinə yenidən baxa bilər

2021.10.20, 07:36
Amerika Türkiyə üçün idxal güzəştlərinə yenidən baxa bilər

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) ticarət nümayəndəsi Cefri Ceriş bildirib ki, Amerika hökuməti Türkiyənin idxal üçün imtiyaz proqramında (GSP) iştirakına yenidən baxır.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların ticarət nümayəndəliyinin saytında dərc olunmuş press-relizdə bildirilir.

 

"Tramp administrasiyası Türkiyənin GSP-yə daxil olmaq meyarlarına riayət etməsindən narahatdır. Biz ümid edirik ki, Türkiyə onun ABŞ-ın rüsumsuz bazarına daxil olmasına yenidən baxmasına gətirb çıxara biləcək fikir ayrılığının həlli üçün bizimlə işləyəcək", - deyə Ceriş əlavə edib.

 

Bəyanatda həmçinin qeyd olunur ki, Türkiyə ABŞ-dan idxalata 1,78 milyard dollar məbləğində əlavə tariflər tətbiq edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar