SON XƏBƏRLƏR

Amerika Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb

2021.10.20, 07:36
Amerika Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Türkiyəni Suriyanın şimal-şərqində əməliyyat aparmamağa çağırıb.

 

"Report" CNN-ə istinadən xəbər verir ki, bu bəyanatla Pentaqon nümayəndəsi Şon Robertson çıxış edib.

 

"İstənilən tərəfin Suriyanın şimal-şərqində, xüsusilə də, Amerika hərbçilərinin ərazidə mövcud və ya ora yaxın ola biləcəyini nəzərə alaraq, birtərəfli qaydada hərbi əməliyyatlar aparması ciddi narahatlıq doğurur. Hesab edirik ki, belə əməliyyatlar yolverilməzdir", - deyə o bildirib.

 

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin qarşıdakı günlərdə Suriyanın şimal-şərqində, Fərat çayının şərq sahilində əməliyyata başlamaq niyyətində olduğunu bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar