SON XƏBƏRLƏR

Amerika və Avropadan yüzlərlə hərbçi Ukraynaya GƏTİRİLİB

2021.10.20, 07:36
Amerika və Avropadan yüzlərlə hərbçi Ukraynaya GƏTİRİLİB

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ), Kanada və Avropadan olan yüzlərlə hərbi məsləhətçi Ukrayna ordusuna təlim vermək üçün Donbasdakı təmas xəttinə gəliblər.

 

Bu iddia ilə Donbasdakı "Luqansk Xalq Respublikası” separatçı qurumun səlahiyyətlisi Mixail Filiponenko bildirib.

 

"Qərb ölkələri Ukrayna prezidenti Pyotr Poroşenko rəhbərliyini dəstəkləyir və Ukrayna ordusuna təlim keçməkdə davam edirlər. Donbasdakı təmas xəttinə ABŞ, Kanada, Polşa (Ləhistan) və Baltikyanı ölkələrdən yüzlərlə hərbi məsləhətçinin gəlməsi də bunu sübut edir”, - o deyib.

 

Filiponenko xarici hərbi məsləhətçilərin ukraynalı əsgərlərə kəşfiyyat və taktiki təlimlər verməsi üçün Borbovsk və Borbovo yaşayış məntəqələrində iki düşərgə qurduğunu bildirib. O, ABŞ və Polşadan olan hərbi məsləhətçilərin snayperlər üçün xüsusi təlimlər keçdiyini və onlar üçün daha bir düşərgə qurulduğunu vurğulayıb.

 

Separatçı qurumun nümayəndəsi Luqansk vilayətində NATO silahlarıyla təchiz edilmiş xarici muzdlular qrupunun göründüyünün qeyd edib. publika.az

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar