SON XƏBƏRLƏR

Amerika və Cənubi Koreya KXDR-ın etirazından sonra birgə hərbi təlimlərini dayandırıblar

2021.10.20, 07:36
Amerika və Cənubi Koreya KXDR-ın etirazından sonra birgə hərbi təlimlərini dayandırıblar

Gunaz.tv

GünAz TV: Azərbaycan Birləşmiş Ştatları (ABŞ) və Cənubi Koreya Donald Trump və KXDR lideri Kim Çen In arasında keçiriləcək görüş ərəfəsində Pxenyanın narazılığına səbəb olan birgə hərbi təlimlərini dayandırıblar.

 

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti amerikalı yüksək rütbəli şəxslərə istinadən yazıb.

 

Məlumata əsasən, təlimlər rəsmi Seulun təşəbbüsü ilə dayandırılıb. Cənubi Koreya rəhbərliyi ABŞ-KXDR sammiti ərəfəsində təlimlərin keçirilməsinin yarımadada gərginliyin artmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

 

Bundan əvvəl KXDR Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Rəsmi Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar