SON XƏBƏRLƏR

Amerika və Cənubi Koreya KXDR-ın tam nüvə silahsızlaşdırılmasını təkid edir

2021.10.20, 07:36
Amerika və Cənubi Koreya KXDR-ın tam nüvə silahsızlaşdırılmasını təkid edir

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mark Pompeo və Cənubi Koreyanın xarici işlər naziri xanım Kan Kyun-hva Vaşinqtonda Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahsızlaşdırılması məsələsini müzakirə ediblər.

 

Xezerxeber.az xəbər verir ki, tərəflər mövzu ilə bağlı sıx əlaqələndirmənin saxlanılması barədə razılığa gələrək, KXDR-ın yekun və tam nüvə silahsızlaşdırılmasını təkid etdiklərini bildiriblər.

 

Qeyd edək ki, rəsmi Vaşinqton ilə Pxenyan arasında KXDR-in nüvə silahının ləğvi ilə əlaqədar danışıqlarında ötən aylarda kiçik tərəqqi müşahidə olunub. Belə ki, tərəflərin nüvə silahının ləğvi və KXDR-ə tətbiq olunan sanksiyaların aradan qaldırılması ilə bağlı müəyyən fikir ayrılıqları var. ABŞ nüvə silahının tamamilə ləğvindən sonra sanksiyaların götürülməsini, KXDR isə bu prosesin paralel aparılmasını istəyir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar