SON XƏBƏRLƏR

Amerika və Rusiya BMT TŞ-da Türkiyə əleyhinə bəyanata veto qoyub

2021.10.20, 07:36
Amerika və Rusiya BMT TŞ-da Türkiyə əleyhinə bəyanata veto qoyub

Gunaz.tv

GünAz TV: Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Türkiyənin Suriyanın şimalında “Barış bulağı” hərbi əməliyyatlarını qınayan bəyanatına Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya veto qoyub.

 

APA-nın “Daily Sabah” saytına istinadla verdiyi xəbərə görə,  BMT-nin Təhlükəsizlik Şurası Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üçün başladığı hərəkatı qınamaqla bağlı beş Avropa dövləti - Fransa, Almaniya, İngiltərə, Polşa (Ləhistan) və Belçikanın tələbi ilə təcili toplantı olub. Lakin ABŞ və Rusiya bəyanata müxalif olduqları səbəbindən qərar qəbul olunmayıb.

 

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində antiterror əməliyyatlarına başlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar