SON XƏBƏRLƏR

Amerika və Türkiyə qüvvələri Mənbic civarında patrul çəkməyə başlayıblar

2021.10.20, 07:36
Amerika və Türkiyə qüvvələri Mənbic civarında patrul çəkməyə başlayıblar

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ)  "koordinasiyalı, ancaq müstəqil" şəkildə Türkiyə ilə Suriyanın şimalındakı Mənbic şəhəri civarında patrul çəkməyə başlayıb.

 

“Biz bir tərəfdə patrul çəkirik, onlar digər tərəfdə,” deyə Pentaqon sözçüsü Erik Pahon “Amerikanın Səsi”nə bildirib. “Bu patrullar birgə aparılmır.”

 

Türkiyə silahlı qüvvələri amerikalıların və türklərin “müstəqil patrul fəaliyyətlərini” Twitterdə bir gün öncə təsdiqləyib.

 

Pahon keşik çəkən əsgərlərin şəhərin qərb hissəsində - türklərin nəzarət etdiyi ərazi ilə Mənbicin ayrıldığı yerdə qərar tutduğunu söyləyir.

 

Hazırda şəhərin özündə Ankaranın “terrorist” adlandırdığı kürd silahlı dəstələri yerləşir.

 

Pahon deyib ki, patrulların məqsədi Mənbicin uzun-dönəmli təhlükəsizliyini təmin etmək və NATO müttəfiqi olan Türkiyə qarşısındakı öhdəliyə sadiq qalmaqdır.

 

Bu ayın əvvəlində Türkiyə və Birləşmiş Ştatlar şəhər üzərində aylarla davam edən mübahisəni çözmək üçün “yol xəritəsi”-ni təsdiq ediblər.

 

İki ölkə arasında ABŞ-ın YPG kürd hərbi birləşmələrinə dəstək verməsi ilə əlaqədar fikir ayrılığı mövcuddur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar