SON XƏBƏRLƏR

Amerika Venesuelaya qarşı sanksiyalarını sərtləşdirib

2021.10.20, 07:36
Amerika Venesuelaya qarşı sanksiyalarını sərtləşdirib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) hökuməti Venesuelaya qarşı sanksiya siyahısına bu ölkənin daha 5 vətəndaşının adlarını əlavə edib.

 

"Report" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

 

Həmin şəxslər arasında “Petroleos de Venezuela” (PDVSA) dövlət neft-qaz şirkətinin rəhbəri Manuel Quevedo, Xüsusi Təyinatlı Milli Bolivariana Polisinin (FAES – Força de Açao Especial da Policia Nacional Bolivariana) rəhbəri Rafael Bastardo, habelə kəşfiyyat idarəsinin 3 nəfər yüksək rütbəli nümayəndəsi var.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar