SON XƏBƏRLƏR

Amerika: "Xamneyinin məkrli plan nəzəriyyələri 100% səhv üzərində qurulub"- FOTO

2021.10.20, 07:36
Amerika: "Xamneyinin məkrli plan nəzəriyyələri 100% səhv üzərində qurulub"- FOTO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus Xamneyinin koronavirusun ABŞ tərəfindən bilərəkdən yayılması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

 

O, Xamneyinin "məkrli plan nəzəriyyələri"nin zərərli, məsuliyyət hissi duyulmadan deyilmiş sözlər və 100% səhv iddialara olduğunu deyib.

 

"Əgər bu dırnaqarası ali rəhbər həqiqi rəhbər olmuş olsaydı, özünün əlavə və vergidən azad fondlarında topladığı milyardlarla dolları koronavirusla mübarizə üçün İran xalqına qaytarardı", - deyə Morqan Ortaqus "Twitter" hesabında Xamneyiyə xitabən yazıb.

 

 

Qeyd etmək lazımdır ki, Əli Xamneyi ingilisdilli "Twitter" hesabında yazdığı statusda heç bir sübut göstərməyərək, ABŞ-ı koronavirusu qəsdən yaymaqda ittiham etmişdi.

 

Ötən gün Xamneyi televiziyada etdiyi canlı çıxış zamanı da ABŞ-ın koronavirusla mübarizə üçün İrana göstərmək istədiyi humanitar yardımlardan imtina edərək, "əgər nəyinizsə varsa və əliniz açıqdırsa, onları özünüzə sərf edin" demişdi. "Dini lider" daha sonra ABŞ-ı koronavirus yaymaqda ittiham etmiş, lakin heç bir dəlil olmadığına görə, özünün də bu ittihamın nə qədər doğru olub-olmadığını bilmədiyini demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar