SON XƏBƏRLƏR

Amerika Zərif və Ruhaniyə viza verib

2021.10.20, 07:36
Amerika Zərif və Ruhaniyə viza verib

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Amerika Birləşmiş Ştatlarının Həsən Ruhani və Məhəmməd Cavad Zərifə viza verdiyini bildirib.

 

O, “Twitter” səhifəsində yazdığı statusda qeyd edib ki, Zərif Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün artıq bu gün səhər saatlarında Nyu-Yorka yola düşüb.

 

Xatırladaq ki, bir neçə gün öncə “Sepah” terror təşkilatına məxsus “Təsnim” xəbər agentliyi ABŞ-ın qeyd edilən sessiyada iştirak etmək üçün İran prezidenti Həsən Ruhanini müşayiət edəcək heyətə viza verməməsi ilə bağlı xəbər yayınlamışdı.

 

Ötən gün Amerika prezidenti Donald Tramp isə iranlı həmkarına sözügedən tədbirdə iştirak etməyə icazə verəcəyini demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar