SON XƏBƏRLƏR

Amerikada 5 nəfər İran sanksiyalarını pozmaqda ittiham edilib

2021.10.20, 07:36
Amerikada 5 nəfər İran sanksiyalarını pozmaqda ittiham edilib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi 5 nəfərin İrana qarşı qəbul edilmiş sanksiyaları pozmağa cəhd göstərdiyi üçün həbs edildiyi barədə məlumat yayıb.

 

Məlumata əsasən, həmin şəxslər Texas və Nyu-York ştatlarında saxlanılıblar. Onlar İrandan neft alıb, Çində fəaliyyət göstərən neft ayırma zavodlarından birinə satmağı planlaşdırırmışlar.

 

İttiham edilənlər Daniyel Rey Leyn, Nicolas Haven, Robert Tvaites, Nicolas Fuçs və Cinyu Vangdır.

 

Daniyel Rey Leyn Texasda fəaliyyət göstərən və neft və qaz kəşfiyyatı hüquqlarını investisiya fondlarına və özəl kapital qruplarına satan “STACK Royalties” şirkətinin rəhbəridir.

 

İrəli sürülən ittihamlardan biri sanksiyaları pozmaq üçün məkrli plan hazırlama, digəri isə 2019-cu ilin iyulundan bu ana qədər araşdırılan Amerikanın “Beynəlxalq Fövqəladə Vəziyyətdə İqtisadi Səlahiyyətlər”in pozulması ilə bağlı haldır.

 

Bu 5 nəfər hər ay 2 gəmi ilə İrandan aldıqları nefti adı çəkilməyən Çinin neft emalı zavoduna verib, qarşılığında 28 milyon dollar gəlir götürməyi planlaşdırıblarmış. İttihamlar təsdiqini tapsa, onların hər birini 25 ilə qədər həbs və 1.25 milyon dollar nağd pul cəzası gözləyəcək.

 

Nefti alacaq Çinin neft ayırma zavodunun adı ittihamnamədə çəkilmir və rəsmi Pekin də hələlik məsələyə münasibət bildirməyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar