SON XƏBƏRLƏR

Amerikada aralıq seçkiləri başlayıb

2021.10.20, 07:36
Amerikada aralıq seçkiləri başlayıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) aralıq seçkiləri başlayıb.

 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ilk seçki məntəqələri Vermont ştatında açılıb.

 

Aralıq seçkilərində Konqresin nümayəndələr palatasının tam heyəti, Senatın da üçdə biri seçiləcək. Hazırda hər iki palatada üstünlük Respublikaçılar Partiyasına məxsusdur. Belə ki, aşağı palatada 193 demokrata qarşı 236 nəfər respublikaçı var, daha altı yer isə boşdur.

 

Beləliklə, Demokratlar Partiyası üstünlük qazanmaq üçün daha 23mandat əldə etməlidir.

 

Bu dəfəki seçkilərdə rekord sayda - 100 milyondan artıq seçicinin iştirak edəcəyi gözlənilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar