SON XƏBƏRLƏR

Amerikada erməni müğənni həbs olunub

2021.10.20, 07:36
Amerikada erməni müğənni həbs olunub

Gunaz.tv

GünAz TV: ABŞ-ın Virciniya ştatında erməni müğənni, "Daşnaksutyun" partiyasının üzvü Qarnik Sarkisyan həbs edilib.


Q.Sarkisyan narkotik vastilərinin qanunsuz dövriyyəsində şübhəli bilinir.


Bildirilir ki, müğənni Sarkisyan öz furqonunda narkotik vasitəni Kaliforniyadan Virciniyaya çatdırmağa çalışıb.


Birinci Livan müharibəsindən sonra ABŞ-a köçən Q.Sarkisyan "Daşnaktsutyun"un ayrılmaz bir parçası sayılır, çünki Livandan ABŞ-a qədər bütün mitinqlər onun mahnıları altında keçirilib.


Daha əvvəl Avropa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən "erməni mafiyası" hesab edilən mütəşəkkil cinayətkar qrupların üzvlərinin Avropa ölkələrində saxlanması halları barədə məlumat verilmişdi.


Mənbə: Trend

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar