SON XƏBƏRLƏR

Amerikada həbsdə olan türkiyəli bankir azadlığa buraxılıb və İstanbula göndərilib

2021.10.20, 07:36
Amerikada həbsdə olan türkiyəli bankir azadlığa buraxılıb və İstanbula göndərilib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) həbsdə olan Türkiyənin “Halk” bankının baş direktorunun keçmiş müavini Mehmet Hakan Atilla azadlığa buraxılıb və iyulun 24-də Nyu-Yorkdan İstanbula göndərilib.


"Report" xəbər verir ki, məlumatı “Haber7” yayıb.


Onu Nyu-Yorkdan Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç və Baş konsul Alpər Aktaş yola salıb.


Xatırladaq ki, Hakan Atilla 2017-ci il  martın 27-də  Nyu-Yorkun Kennedi hava limanından Türkiyəyə qayıdanda həbs olunmuşdu. Ağ ev onu İrana qarşı sanksiyaları pozmaqda ittiham edirdi. ABŞ məhkəməsi M.H.Atillanı 32 ay müddətinə azadlıqdan məhrum etmişdi. Onun cəzası başa çatıb və azadlığa buraxılıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar