SON XƏBƏRLƏR

Amerikada hökumətin bağlanmasına müvəqqəti son qoyacaq razılıq əldə olunub

2021.10.20, 07:36
Amerikada hökumətin bağlanmasına müvəqqəti son qoyacaq razılıq əldə olunub

Gunaz.tv

GünAz TV: Prezident Donald Tramp Amerika Birləşmiş Ştatları (ABŞ) federal hökümətinin üç həftəlik açılması ilə bağlı Konqeslə razılıq əldə edib.

 

“Biz şatdauna son qoymaq və federal hökümətin açılması ilə bağlı razılıq əldə etmişik” - deyə Tramp müxbirlərə bildirib.

 

Daha öncə büdcəyə ABŞ-Meksika sərhədində divarın inşası üçün 5.7 milyard dolların daxil edilməsini tələb edən prezident Ağ Evdə çıxış edib.

 

Tramp və qanunvericilər üç həftəlik müvəqqəti büdcə ilə bağlı razılıq əldə edib. Razılıq nəticəsində artıq 35 gündür bağlı olan dövlət idarələri açılacaq. Lakin razılıqda Trampın mübahisəli divarın inşası üçün tələb etdiyi büdcə vəsaiti ayrılmayıb. Prezident deyib ki, bu arada sərhəd təhlükəsizliyini dəyərləndirmək üçün ikipartiyalı komitə yaradılacaq, lakin Tramp həmçinin bildirib ki, o, iddia olunduğu kimi, ABŞ və Meksika arasında bütün sərhəddə beton divarın inşa edilməsini tələb etmir.

 

“Bizim 2 min millik beton divara ehtiyacımız yoxdur. Biz heç vaxt belə bir şey təklif etməmişik” – o deyib.

 

Hökümətin dekabrın 22-də bağlanmasına Trampın divarın inşası üçün 5.7 milyard dollar tələb etməsi ilə bağlı yaranmış mübahisə səbəb olub. Demokratlar bunun qeyri-effektiv olduğunu və baha başa gəldiyini iddia edərək, divarın inşa edilməsinin əleyhinə çıxır.


“Şatdaun” nəticəsində yüz minlərlə federal işçi müvəqqəti məzuniyyətə göndərilib, bəziləri isə maaş almadan işləmək məcburiyyətindədir.


Tramp qanunsuz immiqrasiya və narkotik qaçaqçılığının qarşısını almaq üçün divarın zəruri olduğunu deyib, lakin hazırda Nümayəndələr Palatasına nəzarət edən demokralar onun tələbini rədd edib. (Amerikanın səsi)

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar