SON XƏBƏRLƏR

Amerikada “Huawei” şirkətinə qarşı cinayət işi açılıb- İran sanksiyalarını pozduğuna görə

2021.10.20, 07:36
Amerikada “Huawei” şirkətinə qarşı cinayət işi açılıb- İran sanksiyalarını pozduğuna görə

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ədliyyə Nazirliyi rəsmi olaraq Çinin “Huawei” şirkəti, eləcə də şirkətin xəzinədarı və direktor müavini vəzifələrində çalışan Menq Vanzuya qarşı cinayət işi açıldığını bəyan edib.

 

ABŞ şirkəti və əməkdaşını əqli mülkiyyət qaydalarını pozmaqda və İrana qarşı sanksiyalarını pozmamaqla bağlı yalan danışmaqda ittiham edir. Şirkət eləcə də bank fırıldaqçılığı, qanuni aktlarını icra etməyə əngəl olma və texnoloji vasitələri oğurlama kimi hallarda da ittiham edilir.

 

Xatırladaq ki, Çinin “Huawei” şirkətinin xəzinədarı  Menq Vanzu 2018-ci ilin dekabrında İrana qarşı ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozduğuna görə Kanadada həbs edilib. Onun Amerikaya ekstradisiya ediləcəyi gözlənilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar